date icon
23.06.2020 / 16:00

Nazirliyin beş dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 23 iyun 2020-ci il tarixli müvafiq Sərəncam imzalayıb.

 

Bu Sərəncamla bir qrup dövlət qulluqçusu dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 2-ci dərəcəli və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülənlər sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq tədbirlər və protokol sektorunun müdiri İmanov Azər Laçın oğlu, Maliyyə və mühasibatlıq şöbəsinin Mühasibatlıq sektorunun baş məsləhətçisi Abasova Rədifə Əvəz qızı, İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin baş məsləhətçisi Babayev Rəşadət Əliağa oğlu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Daşımaların təhlükəsizliyi, infrastrukturla iş və taxoqraflarla təminat şöbəsinin müdiri Qasımov Bəxtiyar Qasım oğlu, Avtomobil Nəqliyyatı Xidmətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Axundova Sevda Rəvan qızı da yer alıb.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R