date icon
23.09.2022 / 13:08

Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

 

Tanışlıq və qısamüddətli təcrübə məqsədi daşıyan səfər “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilib.

 

Özbəkistanlı mütəxəssislər sentyabrın 15-dən 22-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında, eləcə də tabeli qurumlarında olublar.

 

Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanışlıq zamanı nümayəndə heyətinə Azərbaycanın telekommunikasiya və Yer səthini müşahidə peykləri, eləcə də kosmik sahədə perspektiv layihələri barədə ətraflı məlumat verilib.

 

Özbəkistanlı mütəxəssislər, həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində olub, ölkənin innovasiya ekosistemi, o cümlədən startaplara dəstək mexanizmləri barədə geniş məlumat əldə ediblər.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R