date icon
16.06.2022 / 17:05

Nazir Rəşad Nəbiyev Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının fəaliyyəti ilə tanış olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev növbəti vətəndaş qəbulu ilə əlaqədar səfəri çərçivəsində Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının (Data Mərkəzi) fəaliyyəti ilə tanış olub.

 

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov nazir Rəşad Nəbiyevə məlumat verib ki, Əlçatanlıq Zonası “TIER III” beynəlxalq uyğunluq sertifikatına malikdir və konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib.

 

Bildirilib ki, zonanın keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi dövlət və özəl qurumlara informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradır.

 

Əlavə edilib ki, Yevlax Əlçatanlıq Zonasında bulud xidmətləri ilə yanaşı, “DRaaS” (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması) xidməti də göstəriləcək.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R