date icon
17.05.2022 / 16:11

Nazir Rəşad Nəbiyev Ucarda vətəndaşları mayın 20-də qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 20 may 2022-ci il tarixində saat 10:00-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarının sakinlərini qəbul edəcək.

 

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R