date icon
15.04.2022 / 18:07

Nazir Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkəmizdə səfərdədir.

 

Səfər çərçivəsində Levan Davitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib.

 

Görüşdə ötən həftə Tbilisidə keçirilmiş müzakirələrin davamı olaraq nəqliyyat və İKT sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

İki ölkə arasında əməkdaşlığın əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşımaların həcminin daha da artırılması müzakirə olunub.

 

Eyni zamanda ölkələrimiz arasında tranzit potensialının inkişafının vacibliyi vurğulanıb.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R