date icon
23.11.2021 / 17:04

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində alman sahibkarlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib

Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

 

Səfər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nazir müavini Rəhman Hümmətovun başçılıq etdiyi nümayəndə heyəti ilə alman sahibkarları arasında görüş keçirilib.

 

Alman nümayəndə heyətinin tərkibində nəqliyyat, logistika, konsaltinq və tikinti sahəsində fəaliyyət göstərən şirkətlər təmsil olunub.

 

Görüş zamanı alman şirkətləri layihələrini təqdim edib, təkliflərini səsləndiriblər.

 

Yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanların müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

 

Görüşdə nazir müavini Rəhman Hümmətov çıxış edərək Almaniya – Azərbaycan arasındakı müvafiq sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir müavini işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib və alman şirkətlərini maraqlandıran məsələlər ətraflı müzakirə olunub.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R