date icon
16.11.2021 / 15:28

Nazir Rəşad Nəbiyev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu iştirakçılarının bir qrupu ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu iştirakçılarının bir qrupu ilə görüş keçirib.

 

Görüş zamanı nazir uşaqları maraqlandıran sualları cavablandırıb, dəyərlər, peşə seçimi, uğur qazanmağın yolları və digər mövzularda maraqlı diskussiya aparılıb.

 

Görüşdə cənab Prezident İlham Əliyevin uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyi, onların hüquqlarının qorunması və müdafiəsinin Azərbaycan dövlətinin prioritetləri sırasında olması vurğulanıb.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən forum iştirakçıları dövlətin qayğısını daim hiss etdiklərini söyləyiblər. Onların sözlərinə görə, təhsil, sağlamlıq, sosial müdafiə, asudə vaxt, internet təhlükəsizliyi, vətənpərvərlik kimi mövzulara həsr olunan V Ümumrespublika Forumu liderlik bacarıqları və uşaq hüquqları sahəsində analitik düşüncə qabiliyyətinə malik uşaqların seçilməsi üçün gözəl bir fürsətdir.

 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2009-cu ildən etibarən Azərbaycan uşaqlarının forumlarını keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə həmin ildən başlayaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan forumların keçirilməsi artıq ənənə halını alıb.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R