date icon
26.10.2021 / 14:23

Bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

 

Buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

 

Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

 

Bildiririk ki, poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R