date icon
02.06.2021 / 15:00

Mülki aviasiya sahəsində çalışan bir qrup şəxs təltif edildi

2 iyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə ölkəmizin mülki aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan bir qrup şəxs “Mülki aviasiya sahəsində xidmətlərinə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

 

Bununla əlaqədar nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

 

Təltif olunanların siyahısı:

 

 

“Aviation Services Group” MMC üzrə:

 

Nəsirov Zaur İbrahim oğlu

 

“ASG Business Aviation” MMC-nin baş direktorunun layihələr və inzibati məsələlər üzrə müavini;

 

Kiçibəyova Fəridə Pirəli qızı

 

“ASG Business Aviation“ MMC-nin “Sky Catering“ filialının İnsan resursları və ümumi məsələlər üzrə şöbə rəisi;

 

Həsənov Samir Şevqi oğlu

 

“ASG Business Aviation” MMC-nin “GHC” filialının direktor köməkçisi.

 

“Azərbaycan Hava Yolları”  QSC-nin Naxçıvan Beynəlxalq Hava Limanı üzrə:

 

Qurbanov Neymət Mürsəl oğlu

 

 Naxçıvan Beynəlxalq Hava Limanının Hava Gəmilərinə Texniki Xidmət sahəsinin aviasiya texnikasına texniki xidmət üzrə mühəndisi.

 

“Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxs üzrə:

 

Abdullayev Emil Nizami oğlu

 

“Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Şəhadətnamələrin rəsmiləşdirilməsi (PEL) şöbəsinin müdiri;

 

Məlikov Bəhruz Malik oğlu

 

“Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Aerodrom istismarçılarına nəzarət (AGA) idarəsinin rəis müavini.

 

“Azərbaycan Hava Yolları” QSC üzrə:

 

Axundov Anar Xudaverdi oğlu

 

“Azərbaycan Hava Yolları” QSC-nin Lənkəran Beynəlxalq Hava Limanının direktoru;

 

Rzayeva Yana Paşa qızı

 

“Azərbaycan Hava Yolları” QSC-nin Böyük Britaniyadakı (London şəhəri) nümayəndəliyinin müqavilələr üzrə meneceri;

 

Əliyev Elgiz Elman oğlu

 

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin “Gəncəaeronaviqasiya” HHİ-nin dispetçeri.

 

“Silk Vey Vest Aviaşirkəti” MMC üzrə:

 

Əşrəfov Rasim Gülbaba oğlu

 

“Silk Vey Vest Aviaşirkəti” MMC-nin Uçuşların idarəedilməsi üzrə vitse-prezidenti;

 

Bayramov Ruslan Rasim oğlu

 

“Silk Vey Vest Aviaşirkəti” MMC-nin “Boeing 747-400” tipli HG-nin ikinci pilotu.

 

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi üzrə:

 

Yeremeyev Anatoliy Aleksandroviç

“Silk Vey Vest Aviaşirkəti” MMC-nin “SW Technics” filialının Aviasiya və radioelektron avadanlığı üzrə aviatexniki.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R