date icon
30.05.2021 / 20:00

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

 

Görüşdə iki ölkə arasında avtomobil nəqliyyatı ilə tranzit yük daşımaları, dəmir yolu nəqliyyatı, kombinə edilmiş beynəlxalq yük daşımaları, mülki aviasiya, telekommunikasiya və peyk xidmətləri sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

 

Eyni zamanda yeni layihələrin həyata keçirilməsi istiqamətində atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R