date icon
30.05.2021 / 16:00

Türkiyənin nəqliyyat və infrastuktur naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan tərəfinin dəvəti ilə Türkiyə Respublikasının nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Bu gün türk nümayəndə heyəti Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə birlikdə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

 

Qonaqlar Heydər Əliyev Mərkəzinə və Hərbi Qənimətlər Parkına da baş çəkiblər.

 

Sonra nümayəndə heyəti İçərişəhərdə tarixi-memarlıq abidələri ilə tanış olub.

 

Sabah isə iki ölkə nazirlərinin işğaldan azad edilmiş ərazilərdə icrasına başlanılan infrastuktur layihələri ilə yerində tanışlıq məqsədilə Füzuli və Xocavənd rayonlarına birgə səfəri nəzərdə tutulub.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R