date icon
20.07.2020

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə elan edir:

  • Nazirliyin Aparatı, İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi, şöbə müdirinin müavini
  • Nazirliyin Aparatı, İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi, Elm və texnologiya sektoru, baş məsləhətçi
  • Nazirliyin Aparatı, İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi, Rəqəmli inkişaf sektoru, böyük məsləhətçi
  • Nazirliyin Aparatı, İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi, İnnovasiya siyasəti sektoru, böyük məsləhətçi
  • Nazirliyin Aparatı, Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsi, şöbə müdiri
  • Nazirliyin Aparatı, Beynəlxalq əməkdaşlıq şöbəsi, şöbə müdirinin müavini
  • Nazirliyin Aparatı, İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi, böyük məsləhətçi
  • Nazirliyin Aparatı, İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsi, aparıcı məsləhətçi
  • Nazirliyin Aparatı, Nəqliyyat siyasəti şöbəsi, böyük məsləhətçi
  • Dövlət Dəniz Agentliyi, direktor müavini
  • Dövlət Dəniz Agentliyi, Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsi, Gəmi standartlarına və təsnifat cəmiyyətlərinə nəzarət sektoru, şöbə müdirinin müavini-sektor müdiri
  • Dövlət Dəniz Agentliyi, Maliyyə-inzibati şöbəsi, İnzibati binanın istismarı sektoru, sektor müdiri
  • Dövlət Avtomobil Nəqliyyatı Xidməti, İnformasiya təhlili və informasiya texnologiyaları şöbəsi, İnformasiya təhlili sektoru, sektor müdiri
  • Dövlət Avtomobil Nəqliyyatı Xidməti, İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsi, Dövlət qulluğu sektoru, sektor müdiri

 

Müsahibədə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

 

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

-  ərizə;

-  kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 20 iyul 2020-ci il tarixdən 04 avqust 2020-ci il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

 

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

 

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

 

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

 

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

 

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinə müraciət edilə bilər.

Tel: 012 498 94 77