Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Zəfər Günü ərəfəsində qanvermə aksiyası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası təşkil olunub.
Bu xeyirxah təşəbbüs Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından, qanından keçmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilib.
Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları aksiyada iştirak ediblər.
Tədarük olunan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.