SİMA
SİMA – elektron imza bulud texnologiyalarına əsaslanan, üz tanıma və açıq açar texnologiyasını (elektron imza həlli) özündə birləşdirən və vətəndaşlar üçün ödənişsiz təqdim olunan bir həldir.
SİMA aşağıdakı sahələrdə istifadə oluna bilər:
- Bank: kart və kredit sifarişi, hesabların açılması, arayış və çıxarışların əldə edilməsi;
- Bank olmayan kredit təşkilatı (BOKT): kredit sifarişi;
- Sığorta: sığorta xidmətlərinin əldə edilməsi;
- GSM operatorlar: SİM kartların onlayn əldə edilməsi;
- ASAN Login: dövlət və özəl qurum xidmətlərindən istifadə;
- TV və Provayderlər: telekommunikasiya xidmətlərindən istifadə.
SİMA Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında”, “Biometrik informasiya haqqında” qanunlarına və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına tam uyğundur.