Dosta göndər

Texniki Komitə (TK 05)

1. Ümumi müddəalar

1.

"Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya Texnologiyaları" Texniki Komitəsi"nin Əsasnaməsi (bundan sonra – Əsasnamə) Azərbaycan Respublikasının AZS 1.1-2009 "Standartlaşdırma üzrə texniki komitələr. Yaradılması və fəaliyyət qaydası" standartına uyğun olaraq hazırlanmışdır.

 

1.2

Bu Əsasnamə Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsinin (bundan sonra – TK 05) əsas funksiyalarını, vəzifə və hüquqlarını, strukturunu, iş prosesini, sədr, katiblik, məsul katib, üzv təşkilatlar və onların nümayəndələrinə olan tələbləri, həmçinin TK 05-in fəaliyyətinə nəzarət qaydasını müəyyən edir.

 

1.3

TK 05 Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (bundan sonra - RİTN) müraciətinə əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra SMPDK) – tarixli – nömrəli əmri ilə yaradılmışdır..

 

1.4

TK 05 öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilə və sazişləri, Azərbaycan Respublikasının "Milli standartlar sistemi"ni, AZS 1.1-2009 standartını, habelə standartlaşdırma üzrə milli orqanın digər normativ sənədlərini və bu Əsasnaməni rəhbər tutur.

 

1.5

TK 05 öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilə və sazişləri, Azərbaycan Respublikasının "Milli standartlar sistemi"ni, AZS 1.1-2009 standartını, habelə standartlaşdırma üzrə milli orqanın digər normativ sənədlərini və bu Əsasnaməni rəhbər tutur.

 

1.5.1.

TK 05 - informasiya-kommunikasiya texnologiyaları (bundan sonra – İKT) sahəsində milli, regional və beynəlxalq səviyyədə standartlaşdırma sahəsində könüllü əsaslarla işləri təşkil və həyata keçirmək məqsədilə hüquqi və fiziki şəxslərin (müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanların, ekspertlərin, digər mütəxəssislərin və s.) əməkdaşlıq formasıdır. TK 05-in tərkibinə daxil olan təşkilatlar TK-də öz səlahiyyətli nümayəndələri vasitəsilə təmsil olunurlar.

 

1.5.2.

TK 05-in katibliyi – TK 05-in fəaliyyətinin texniki və təşkilati təminatını həyata keçirən, fəaliyyəti standartlaşdırma üzrə milli orqan tərəfindən və bu əsasnamə ilə müəyyən edilən bölmədir (şəxslər qrupudur). TK 05-in katibliyi onun işlərinin aparılması funksiyasını öz üzərinə götürən və müvafiq texniki və informasiya resursları ilə təmin edən təşkilatın nəzdində yaradılır.

 

2. TK 05-in hüquqları

2.1.

TK 05 qarşısında duran vəzifə və funksiyaları yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

2.1.1.

RYTN-ə və SMPDK-ya texniki tənzimləmə prosesində işlənib hazırlanmış texniki, normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər vermək;

 

2.1.2.

Standartlaşdırma və texniki məsələlər üzrə RYTN-ə və SMPDK-ya müraciət etmək;

 

2.1.3.

Standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası təşkilatların texniki orqanlarının işində müvafiq qaydada iştirak etmək;

 

2.1.4.

TK 05 tərəfindən aparılan işlərə müəyyən olunmuş qaydada texniki tənzimləmə subyektlərini, eləcə də ayrı-ayrı mütəxəssisləri cəlb etmək;

 

2.2.

TK 05-in üzv təşkilatları aşağıdakı hüquqlara malikdirlər:

 

2.2.1.

TK 05 tərəfindən milli, dövlətlərarası və beynəlxalq standartlaşdırma üzrə aparılan işlərdə iştirak etmək:

 

2.2.1.1.

TK 05 tərəfindən ekspertizası həyata keçirilən milli, dövlətlərarası və beynəlxalq standart layihələrini baxılmaq üçün əldə etmək və onlara rəy vermək;

 

2.2.1.2.

TK 05-in iclaslarında milli, dövlətlərarası və beynəlxalq standart layihələrinin müzakirəsində iştirak etmək və müvafiq qərarların qəbulu prosesində səs vermək;

 

2.2.1.3.

TK 05-in fəaliyyət sahəsinə aid beynəlxalq (regional) və dövlətlərarası standartlar əsasında milli standartların hazırlanması barədə təkliflər vermək və onların işlənməsində iştirak etmək;

 

2.2.1.4.

TK 05-i beynəlxalq (regional) və dövlətlərarası texniki komitələrdə təmsil edən nümayəndə heyətinin tərkibinə öz nümayəndələrini, ekspert və mütəxəssislərini təklif etmək;

 

2.2.1.5.

TK 05-in fəaliyyət sahəsinə aid beynəlxalq (regional) və dövlətlərarası texniki komitələrin iş planları haqqında məlumat almaq;

 

2.2.2.

TK 05-in iclaslarında iştirak etmək və bütün məsələlər üzrə səs vermək;

 

2.2.3.

TK 05-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək.

 

2.2.4.

TK 05-in tərkibindən çıxmaq istərkən bu barədə (bir) ay əvvəl TK 05-in rəhbərliyini məlumatlandırmaq.

 

3. TK 05-in vəzifələri

3.1.

TK 05-in əsas vəzifələri aşağıdakılardır:

 

3.1.1.

Öz səlahiyyətləri daxilində və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada İKT sahəsini tənzimləyən standartların və digər normativ-hüquqi sənədlərin layihələrin hazırlanmasını və ekspertizasını təşkil etmək, aidiyyəti üzrə təqdim etmək;

 

3.1.2.

Beynəlxalq təcrübəyə əsaslanaraq, sahə üzrə standartlaşdırmanın illik və perspektiv planlarını tərtib etmək;

 

3.1.3.

İKT sahəsində qüvvədə olan beynəlxalq standartlara, normalara və tövsiyələrə müvafiq milli standartların hazırlanması, yenidən baxılması, dəyişdirilməsi, əlavələr edilməsi və ləğvi barədə təkliflər vermək və onların icrası ilə bağlı səlahiyyətləri çərçivəsində işləri həyata keçirmək;

 

3.1.4.

Digər təşkilatlar tərəfindən müvafiq qaydada təqdim olunan milli standartların layihələrinin ekspertizasını həyata keçirmək, bu standartların qəbul edilib-edilməməyinə dair əsaslandırılmış rəylər hazırlamaq;

 

3.1.5.

İKT sahəsində milli, beynəlxalq (regional) və dövlətlərarası standartların ölkədə tətbiqini genişləndirmək üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək;

 

3.1.6.

İKT sahəsi üzrə beynəlxalq (regional), dövlətlərarası və digər ölkələrin texniki komitə və alt komitələri ilə müvafiq qaydada əməkdaşlıq etmək;

 

3.1.7.

İKT sahəsinə aid standartların istifadəçiləri və sahə məhsullarının (xidmətlərin) sertifikatlaşdırılması üzrə ixtisaslaşmış beynəlxalq (regional) və milli sertifikatlaşdırma orqanları ilə qarşılıqlı əlaqələr yaratmaq və əməkdaşlıq etmək;

 

3.1.8.

İKT sahəsində beynəlxalq (regional) və dövlətlərarası standartların layihələrinin hazırlanmasında müəyyən olunmuş prosedur qaydaları çərçivəsində iştirak etmək, tələb olunduqda və müvafiq səlahiyyət verilikdə bu layihələr üzrə səs vermə zamanı Azərbaycan Respublikasının mövqeyini əks etdirən təklifləri hazırlamaq;

 

3.1.9.

Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın (ISO), Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) və Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) İKT sahəsi üzrə texniki orqanlarının proqramları və iş planlarına salınması üçün təkliflər vermək, onların keçirdiyi tədbirlərdə iştirak etmək;

 

3.1.10.

Müəyyən olunmuş fəaliyyət sahəsində Milli standartların işlənib hazırlanma Proqramının (MSP) formalaşmasında iştirak etmək;

 

3.1.11.

İKT sahəsinin standartlaşdırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə öz internet saytı (www.tk05.org.az), habelə digər KİV-lər vasitəsilə geniş ictimaiyyəti məlumatlandırmaq;

 

3.1.12.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri səlahiyyətləri daxilində yerinə yetirmək.

 

4. TK 05-in funksiyaları

4.1.

TK 05 bu Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

 

4.1.1.

Standartlaşdırma planlarının, habelə texniki reqlamentlərin və onlara əlaqəli dövlət standartlarının işlənib hazırlanması, mövcud standartlara əlavə və dəyişikliklərin edilməsi və onların ləğvinə dair təklifləri hazırlayıb, RİTN-ə və SMPDK-ya təqdim edir;

 

4.1.2.

İllik plana uyğun olaraq, İKT sahəsinə aid standartların və texniki şərtlərin layihələrinin işlənib hazırlanmasını və razılaşdırılmasını təmin edir və onların təsdiqi üçün müvafiq işlər aparır;

 

4.1.3.

İKT sahəsinə aid standartların beynəlxalq, regional standartlara və bu sahə üzrə daha çox inkişafa nail olmuş ölkələrin milli standartlarına uyğunlaşdırılmasını təmin edir;

 

4.1.4.

Əlaqəli fəaliyyət sahələrinin işçi orqanları ilə, o cümlədən digər dövlətlərin müvafiq texniki komitələri ilə əməkdaşlıq edir;

 

4.1.5.

Sahə üzrə istifadəsi zəruri olan normativ sənədlərin Azərbaycan dilinə tərcüməsini təşkil edir;

 

4.2.

TK 05 fəaliyyət sahəsi üzrə beynəlxalq (regional) və dövlətlərarası standartlaşdırma sahəsində aşağıdakı funksiyaları həyata keçirir:

 

4.2.1.

SMPDK tərəfindən müəyyən olunmuş qaydalara və AZS 1.1-2009 standartının tələblərinə uyğun olaraq standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müvafiq texniki komitələrin işində iştirak edir:

 

4.2.1.2.

Beynəlxalq (regional) və dövlətlərarası texniki komitələrdə hansı statusla (fəal üzv və ya müşahidəçi) təmsil olunacağını müəyyən edir və bu barədə SMPDK-ya məlumat verir;

 

4.2.1.3.

Maraqlı üzv təşkilatların nümayəndələrini, ekspert və mütəxəssislərini beynəlxalq (regional) və dövlətlərarası texniki komitələrin işində iştirak edəcək nümayəndə heyətinə cəlb edir (nümayəndənin iştirakı ilə bağlı xərclər üzv təşkilat tərəfindən maliyyələşdirilir);

 

4.2.1.4.

TK 05 digər texniki komitələrlə yazışmanı müstəqil və ya SMPDK vasitəsilə aparır;

 

4.2.1.5.

ITU, ISO, IEC və digər beynəlxalq orqanlar ilə yazışmaları RİTN və SMPDK vasitəsi ilə aparır;

 

4.2.2.

Beynəlxalq, regional standartların işlənib hazırlanması ilə əlaqədar müvafiq texniki komitələrin işində iştirak etməklə Azərbaycan Respublikasının maraqlarını təmin edir;

 

4.2.3.

Beynəlxalq (regional) və dövlələrarası standartların layihələri üzrə səsvermədə AZS 1.1-2009 standartının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının mövqeyinə dair təkliflər hazırlayır və SMPDK-ya təqdim edir;

 

4.2.4.

Azərbaycan Respublikasında standartlaşdırma üzrə beynəlxalq (regional) texniki orqanların iclaslarının keçirilməsinin təşkilində iştirak edir.

 

4.3.

TK 05-in sədri aşağıdakı funksiyaları həyata keçirir:

 

4.3.1.

TK 05, AK və işçi qrupların işini təşkil etməklə bilavasitə TK 05-ə rəhbərlik edir;

 

4.3.2.

İKT sahəsində standartlaşdırmanın əsas istiqamələrinin və texniki siyasətinin müəyyənləşdirilməsi işini təşkil edir;

 

4.3.3.

Sahə üzrə standartlaşdırmanın məqsəd və vəzifələrinə uyğun olaraq, TK 05-in fəaliyyətinə dair təklifləri müzakirə edir;

 

4.3.4.

TK 05-in işçi iclaslarını aparır;

 

4.3.5.

TK 05-in illik və perspektiv planlarının icrasını təşkil edir;

 

4.3.6.

İKT sahəsi üzrə normativ sənədlərin layihələrinin hazırlanmasını, ekspertizasını, razılaşdırılmasını və təsdiq edilməsi üçün təqdim olunmasını təşkil edir;

 

4.3.7.

TK 05-in fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını təmin edir;

 

4.3.8.

Beynəlxalq (regional) və dövlətlərarası texniki komitələrin işində iştirak etmək üçün nümayəndə heyətini təşkil edir;

 

4.3.9.

TK 05-in işinə alim və mütəxəssisləri cəlb edir;

 

4.3.10.

TK 05-in qərarlarının icrasına nəzarət edir;

 

4.3.11.

TK 05-i dövlət, ictimai və beynəlxalq təşkilatlarda təmsil edir;

 

4.3.12.

nümayəndəlik səlahiyyətini, habelə özü olmadıqda iclaslara sədrlik etmə funksiyasını məsul katibə həvalə edir;

 

4.3.13.

Kütləvi informasiya vasitələrinə İKT sahəsi üzrə standartlaşdırmaya dair məlumat verir;

 

4.3.14.

Zəruri olduqda, TK 05-ə üzv təşkilatların nümayəndələrinin fəaliyyətləri barədə aid olduqları təşkilatlar qarşısında məsələ qaldırır;

 

4.4.

TK 05-in məsul katibi aşağıdakı funksiyaları həyata keçirir:

 

4.4.1.

TK 05-in iclaslarını hazırlayır və onların keçirilməsini təmin edir;

 

4.4.2.

TK 05-in iş planlarının, standartların, standartlaşdırma üzrə digər normativ sənədlərin layihələrini baxılmaq, razılaşdırmaq və təsdiq üçün hazırlayır; 

 

4.4.3.

TK 05-in tərkibinə daxil olan AK və işçi qrupların iş planlarını hazırlayır, onların fəaliyyətini əlaqələndirir

 

4.4.4.

İllik və perspektiv planlar üzrə işlərin yerinə yetirilməsinə nəzarət edir;

 

4.4.5.

TK 05-in qərar layihələrini hazırlayır;

 

4.4.6.

 TK 05-ə ünvanlanmış materialların və sənədlərin layihələrinin müəyyən olunmuş qayda və tələblərə uyğunluğunu yoxlayır;

 

4.4.7.

TK 05-ə üzv təşkilatlarla cari əlaqəni aparır;

 

4.4.8.

TK 05-in kargüzarlıq işlərini aparır;

 

4.4.9.

TK 05-in fəaliyyət sahəsi üzrə aparılmasını təşkil edir;

 

4.4.10.

TK 05-in iclaslarının protokollarını hazırlayır;

 

4.4.11.

Hər ilin sonunda TK 05-in fəaliyyətinə dair hesabatların hazırlanması və üzv təşkilatlara, RİTN-ə və SMPDK-ya göndərilməsini təmin edir.

 

4.5.

TK 05-ə üzv təşkilatların səlahiyyətli nümayəndələri aşağıdakı vəzifələri icra edirlər:

 

4.5.1.

İKT sahəsində standartlaşdırmanın perspektiv və prioritetlərini müəyyən edən planların hazırlanmasında və müzakirəsində iştirak etmək;

 

4.5.2.

Təsdiq edilmiş planların yerinə yetirilməsində iştirak etmək;

 

4.5.3.

TK 05-in Əsasnaməsinə əməl etmək, onun iclaslarında öz təşkilatı adından iştirak etmək və səs vermək;

 

4.5.4.

TK 05-in katibliyi ilə aid olduqları təşkilat arasında əlaqəni qurmaq, katiblik tərəfindən göndərilən bütün məktubları almaq və işin aparılması üçün təşkilatın işçilərinə, rəhbərliyinə və ya katibliyə materialları vaxtında çatdırmaq;

 

4.5.5.

TK 05-in məsul katibi ilə mütəmadi əlaqə saxlamaq və standartların layihələrinə müəyyən olunmuş müddətdə rəy vermək;

 

4.5.6.

TK 05-in fəaliyyəti ilə bağlı təkliflər vermək.

 

5.  TK 05-in tərkibi və strukturu

5.1.

 TK 05-in tərkibi və strukturu RYTN-in təqdimatına əsasən SMPDK tərəfindən təsdiq edilir.

 

5.2.

TK 05-ə üzvlük könüllüdür. 

 

5.2.1

TK 05 üzvlərinin qərarı ilə fəaliyyətin həyata keçirilməsi üçün zəruri həcmdə üzvlük haqqının ödənilməsi və TK 05 çərçivəsində həyata keçirilən bəzi xüsusi layihələrin maliyyələşdirilməsində üzvlərin könüllülük əsasında iştirakı mümkündür. 

 

5.3.

TK 05-in üzv təşkilatları İKT sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanları və onların tabeliyindəki qurumlar, özəl şirkətlər, ali təhsil müəssisələri, elmi-tədqiqat və qeyri-hökumət təşkilatları, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər ola bilərlər. 

 

5.4.

TK 05-ə yeni üzv qəbul olunması təşkilatın yazılı müraciəti və iştirakı əsasında TK 05-in iclasında baxılmaqla həyata keçirilir.

 

5.5.

Üzv olmaq istəyən təşkilat TK 05-in üzv təşkilatlarının siyahı üzrə tərkibinin 50%-dən çox hissəsinin səsi ilə TK 05-ə üzv seçilir. 

 

5.6.

TK 05-ə üzv qəbul olunan təşkilatlar bu Əsasnaməni tanıyır və TK 05-in qərarlarına hörmətlə yanaşırlar.

 

5.7.

TK 05-ə üzv olmaq istəyən təşkilat katibliyə aşağıdakı məlumatları təqdim etməlidir:

 

5.7.1.

özünün hüquqi və poçt ünvanı;

 

5.7.2.

təşkilatı-hüquqi forması;

 

5.7.3.

rəhbərin soyadı, adı və atasının adı;

 

5.7.4.

səlahiyyətli nümayəndənin soyadı, adı və atasının adı, telefon və faks nömrələri, elektron poçt ünvanı;

 

5.7.5.

TK 05-in fəaliyyət sahəsində mütəxəssislərin ixtisasları haqqında məlumat.


5.8.

Təşkilatın TK 05-də üzvlüyü aşağıdakı hallarda dayandırılır:

 

5.8.2.

TK 05 təşkilatı üzvlükdən azad etdikdə:

 

5.8.1.

Təşkilat TK 05-i öz istəyi ilə tərk etdikdə.

 

5.8.2.1.

Təşkilat TK 05-in işində sistematik iştirak etmədikdə;

 

5.8.2.2.

Təşkilat TK 05-in iclaslarının qərarlarını yerinə yetirmədikdə;

 

5.8.2.3.

Təşkilat milli standartlaşdırmanın məqsədini və maraqlarını nüfuzdan salan hərəkətlərə yol verdikdə.

 

5.9.

Təşkilatın TK 05-in üzvlüyündən azad edilməsi TK 05-in iclasında üzv təşkilatların siyahı üzrə tərkibinin 50%-dən çox hissəsinin səsi ilə həyata keçirilir

 

5.10.

TK 05-in tərkibində dəyişikliklər olarsa, TK 05-in katibliyi bu barədə standartlaşdırma üzrə milli orqana məlumat verir. 

 

5.11.

Üzv təşkilatlar TK 05-in işində öz səlahiyyətli nümayəndələri vasitəsilə iştirak edir və onların fəaliyyəti ilə bağlı bütün xərcləri öz üzərinə götürür. 

 

5.12.

TK 05-in üzv təşkilatlarının səlahiyyətli nümayəndələri TK 05-in iclaslarında müzakirə olunan maliyyə məsələləri üzrə qərarların qəbulunda iştirak etmək üçün aid olduqları təşkilatın rəhbərliyi tərəfindən təsdiqlənmiş etibarnamə məktubuna malik olmalıdırlar.

 

5.13.

TK 05-in üzv təşkilatları Tk 05-in iclaslarında nümayəndə heyəti ilə də iştirak edə bilər. Bu halda üzv təşkilat tərəfindən səsvermədə iştirak etmək üçün bir şəxs təyin olunur.

 

5.14.

TK 05-in üzv təşkilatı öz rekvizitlərini və ya səlahiyyətli nümayəndəsini dəyişdirdikdə bu barədə TK 05-in katibliyinə 5 gün ərzində məlumat verməlidir.

 

5.15.

TK 05-in fəaliyyətinə metodiki rəhbərliyi, nəzarəti və əlaqələndirməni RİTN və SMPDK AZS 1.1-2009 standartının tələblərinə uyğun həyata keçirirlər. 

 

5.16.

TK 05-ə RYTN-in təqdimatına əsasən SMPDK-nın əmri ilə təsdiq edilən sədr rəhbərlik edir.

 

5.17.

TK 05-in sədrinin vəzifəsindən azad olunması RYTN-in təqdimatı əsasında SMPDK-nın əmri ilə həyata keçirilir.

 

5.18.

TK 05-in katibliyinə TK 05-in katibliyini aparan təşkilatın ştatında olan əməkdaş - məsul katib rəhbərlik edir.

 

5.19.

TK 05-in tərkibində rəhbəri sədr tərəfindən təyin olunan alt komitələr (AK) və işçi qrupları yaradıla bilər.

 

5.20.

TK 05 hüquqi şəxs deyildir. TK 05 rəsmi yazışmaları aparmaq üçün lazımi rekvizitləri olan blanka malikdir. TK blankında məktubları imzalama hüququ TK sədrinə və TK 05-in məsul katibinə həvalə edilir.

 

6. TK 05-in iclasları

6.1.

TK 05-in iclaslarının keçirilmə vaxtını, yerini və gündəliyin məzmununu TK 05-in sədri müəyyən edir.

 

6.2.

TK 05-in iclasları açıq şəkildə keçirilir və iclalara rəhbərliyi sədr və ya onu əvəz edən şəxs həyata keçirir. TK 05-in iclaslarına rəhbərlik edən şəxs hər bir iştirakçının öz fikrini bildirmək hüququnu təmin etməlidir.

 

6.3.

TK 05-in iclaslarının keçirilməsi üçün lazım olan iştirakçı sayı üzv təşkilatların siyahı üzrə tərkibinin 2/3 nisbətində olmalıdır.

 

6.4.

TK 05-in katibliyi TK 05-in iclasının keçirilməsinə 1 ay qalmış iclasın keçirilmə vaxtı və yeri barədə üzv təşkilatların nümayəndələrini məlumatlandırır, onlara iclasın gündəliyi və müzakirəyə çıxarılacaq məsələlər üzrə zəruri sənədləri göndərir (və ya TK 05-in internet saytında yerləşdirir)

 

6.4.1.

TK 05-in iclaslarında qərarların qəbulu səsvermə yolu ilə həyata keçirilir.

 

6.4.2.

TK 05-in iclaslarında müzakirə olunan məsələlər üzrə səsvermə yazışma yolu ilə, həmçinin e-mail, telekonfrans və s. vasitələrlə aparıla bilər. Lakin TK-nın azı bir üzvü məsələnin iclasda baxılmasına tərəfdar olduqda, katiblik bu məsələni növbəti iclasın gündəliyinə daxil etməlidir.

 

6.4.3.

TK 05-in iclaslarında TK 05-ə üzv təşkilat adından səsvermə hüququna malik olan səlahiyətli nümayəndə və ya rəhbəri təyin edilmiş nümayəndə heyəti iştirak edə bilər.

 

6.4.4.

TK 05-in üzv təşkilatı TK 05-in iclaslarında iştirak edən nümayəndə heyətinin üzvlərinin sayından asılı olmayaraq yalnız 1 səs hüququna malikdir.

 

6.4.5.

TK 05-in iclaslarının protokolu aparılır. Protokolda iclasın tarixi və keçirilmə yeri, üzv təşkilatların iclasda iştirak edən nümayəndələri və dəvət edilmiş digər şəxslər, iclasın gündəliyi, müzakirəyə çıxarılmış məsələlər, onlara dair səsvermənin nəticələri və qəbul olunmuş qərarlar qeyd olunur. İclasın protokolu iclası sədrlik edən şəxs və iclasın katibi tərəfindən imzalanır.

 

6.4.6.

TK 05-in iclaslarında standart layihələrinin ekspertizasının nəticəsinə baxılır. İclasda aparılmış müzakirələrin nəticəsi olaraq TK 05 tərəfindən standartların layihələrinin qəbul edilib-edilməməyinə dair əsaslandırılmış rəy hazırlanır.

 

6.4.7.

Standartların layihələri TK 05-in üzv təşkilatlarının siyahı üzrə tərkibinin 50%-dən çoxu səs verdikdə qəbul edilmiş hesab olunur.

 

6.4.8.

TK 05-in tərkibində dəyişikliklər edilməsi məsələsi istisna olmaqla, digər formal məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.

 

6.4.9.

Qərarların qəbul olunmasından əvvəl TK 05-in katibliyi bütün üzv təşkilatları qərar layihələri ilə təmin etməlidir.

 

6.4.10.

TK 05-in üzvü olmayan iştirakçı təşkilatlar, iclasların gündəliyinə daxil olan bütün məsələlərin müzakirəsində iştirak edə bilərlər, lakin qərarların qəbulu zamanı səsvermə hüququna malik deyillər.

 

6.4.11.

İclasın protokolu TK 05-in bütün üzv təşkilatlarına göndərilir.

 

7.TK 05-in ləğvi və yenidən təşkili

7.1

TK 05 TK 05-in iclasının qərarına, standartlaşdırma üzrə milli orqanın qərarına habelə Azərbaycan Respublikasının Mülkü Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarına əsasən ləğv edilə və ya yenidən təşkil edilə bilər.

8. TK 05-in fəaliyyətinin maliyyələşdirilməsi

 

8.1

TK 05-in fəaliyyətinin maliyyələşdirilməsi aşağıdakı mənbələrdən həyata keçirilir:

 

8.1.1

Normativ və metodiki sənədlərin işlənib hazırlanması üçün ayrılan məqsədyönlü vəsaitlər;

 

8.1.2

TK 05 tərəfindən işlənib hazırlanan sənədlərin satışından (standartlaşdırma üzrə milli orqanının razılığı ilə) əldə olunan vəsaitlər

 

8.1.2

TK 05 tərəfindən işlənib hazırlanan sənədlərin satışından (standartlaşdırma üzrə milli orqanının razılığı ilə) əldə olunan vəsaitlər

 

8.1.3

Maraqlı təşkilatların vəsaitləri;

 

8.1.4

Qanunvericiliklə qadağan olunmayan digər mənbələrin vəsaitləri;

 

8.2

TK 05-in katibliyini aparan təşkilat katibliyin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılmış vəsait çərçivəsində onun işini təşkil edir.

 

Sədr  

Elmir Tofiq oğlu Vəlizadə 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

 

Üzvlər

Ceyhun Musayev

Milli Təhlükəsizlik Nazirliyi

Zöhrə Əhədova

Milli Təhlükəsizlik Nazirliyi

Ələkbər Əliyev

Bakı Dövlət Universiteti

Akif Süleymanov

Azərbaycan Texniki Universiteti

Nizami Cəfərov

Azərbaycan Dövlət Neft Akademiyası

Rəşid Ələkbərov

AMEA İnformasiya Texnologiyaları İnstitutu

Oqtay Nüsrətov

AMEA Kibernetika İnstitutu

Əbülfət Rəhmanov

SİNAM

Anar Məmmədov

ULTRA

Pərviz Tahirov

RİSK

Eldar Cahangirov

Microsoft

Habil Hümbətov

Azərbaycan Standartlar İnstitutu

 

Azerbaijan International Telecom (AzInTelecom)

2013-cü il üzrə:

I. İnformasiya təhlükəsizliyi üzrə:

  • ISO/IEC 27032:2012 Information technology -- Security techniques -- Guidelines for cybersecurity
  • ISO/IEC 27035:2011 Information technology -- Security techniques -- Information security incident management

    II. Rəqəmli yayım üzrə:

  • ISO/IEC 14496-1:2010  Information technology -- Coding of audio-visual objects -- Part 1: Systems
  • ETSI EN 302 296-2 V1.2.1 (2012-07) Electromagnetic compatibility and Radio spectrum Matters (ERM); Transmitting equipment for the digital television broadcast service, Terrestrial (DVB-T); Part 2: Harmonized EN covering the essential requirements of article 3.2 of the R&TTE Directive
  • ETSI EN 302 755 V1.3.1 (2012-04)  Digital Video Broadcasting (DVB); Frame structure channel coding and modulation for a second generation digital terrestrial television broadcasting system (DVB-T2)

    III. Biometriya üzrə:

  • ISO/IEC 19794-2:2011 Information technology -- Biometric data interchange formats -- Part 2: Finger minutiae data
  • ISO/IEC 19794-4:2011 Information technology -- Biometric data interchange formats -- Part 4: Finger image data
  • ISO/IEC 19794-5:2011 Information technology -- Biometric data interchange formats -- Part 5: Face image data

IV. Kənar təşkilatlar tərəfindən müvafiq qaydada təqdim olunan hazır standartlara baxılması.