Dosta göndər

Kosmik Məsələlər üzrə Şura

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğı və dəstəyi sayəsində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlər həyata keçirilir.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icrasının ən mühüm hissəsindən biri olan Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə əlaqədar “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında bir sıra məsuliyyətli və şərəfli vəzifələr qoyub. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək , bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə Kosmik Məsələlər üzrə Şura yaradılıb.

Sədr

Arif Mir Cəlal oğlu Paşayev 

 

Üzvlər

Samir Şərifov

Maliyyə naziri

 

Rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov

Ekologiya və təbii sərvətlər naziri

Arif Mehdiyev

Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının sədri

Cahangir Əsgərov

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti

Rəşad Nəbiyev

“Azərkosmos” ASC-nin sədri

Mikayıl Abbasov

“Teleradio” İB-nin texniki direktoru

 

Şuranın 19 dekabr 2012-ci il tarixində keçirilən üçüncü iclasında Azərbaycanın Kosmik Proqramının məsləhətçisi, akademik Roald Saqdeyev də iştirak edib.

 

İclasda ölkənin ilk telekommunikasiya peykinin orbitə çıxarılmasına tam hazır olması bildirilib, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icra vəziyyəti və aşağıorbitli peyk sistemlərinin yaradılması müzakirə edilib.

2011-ci ildə Şura iki iclas keçirib və aşağıdakı məsələlər müzakirə edilib:

 

1) Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli 443 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icra vəziyyəti;

 

2) İlk telekommunikasiya peykinin hazırlanması istiqamətində aparılan işlər;

 

3) Azərbaycan Respublikasına məxsus aşağıorbitli məsafədən zondlama peyk sistemlərinin yaradılması ilə bağlı təkliflər.

 

Kosmik məsələlər üzrə Şuranın 2-ci iclasında Şuranın nəzdində fəaliyyət göstərəcək İşçi Qrup yaradılmışdır. İşçi Qrupunun tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Aviasiya Akademiyası, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Nəqliyyat Nazirliyinin nümayəndələri daxil edilmişdir.

 

İşçi Qrupunun 2012-ci ildə keçirdiyi iclaslarda aşağıdakı məsələlərə baxılmışdır:

 

1) Azərbaycan Respublikasının ilk aşağıorbitli peykinə olan texniki tələblərin müəyyənləşdirilməsi;

 

2) Məsafədəm zondlama üzrə milli şəbəkənin yaradılması;

 

3) “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə DövlətProqramı” nın yerinə yetirilməsi üçün zəruri olan kadr potensialının formalaşdırılması.