Dosta göndər

Elmi-Texniki Şura

1. Ümumi müddəalar

1.1.

Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə"yə əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirinin 17.10.2006-cı il tarixli 222 nömrəli əmri ilə yaradılmış Elmi-Texniki Şuranın (bundan sonra-Şura) əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

 

1.2.

Şura telekommunikasiya, informasiya texnologiyaları və poçt sahəsində vahid elmi-texniki siyasətin formalaşdırılması, rabitə və informasiya texnologiyaları sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin və yeni texnologiyanın öyrənilməsi və onların tətbiqi, elmi-tədqiqat işlərinin koordinasiyası, rabitə və informasiya xidmətlərinin göstərilməsi üçün müxtəlif təyinatlı sistemlərin yaradılmasına dair elmi və texniki baxımdan əsaslandırılaraq hazırlanmış təkliflərə baxılması məqsədilə yaradılmışdır və ictimai əsaslarla fəaliyyət göstərir.

 

1.3.

Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı (Elektron Azərbaycan)", RYTN-in Əsasnaməsini, Rabitə və yüksək texnologiyalar nazirinin əmr və sərəncamlarını, digər mövcud normativ sənədləri və standartları, həmçinin bu Əsasnaməni rəhbər tutur.

 

1.4.

Şura öz fəaliyyətini RYTN-in struktur bölmələri, RYTN-in tabeliyində olan hüquqi şəxs statuslu qurumlar, rabitə və İT sektoru üzrə respublikada fəaliyyət göstərən operatorlar, provayderlər və digər şirkətlər, elm və təhsil müəssisələri, həmçinin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqədə qurur.

 

2. Şuranın əsas vəzifələri

2.1.

Şuranın əsas vəzifələri aşağıdakılardır:

 

2.1.1.

RYTN-in həyata keçirdiyi elmi-texniki siyasətə uyğun olaraq, rabitə və informasiya texnologiyalarının perspektiv inkişaf istiqamətləri üzrə tövsiyələr hazırlayır, telekommunikasiya, informasiya texnologiyaları və poçt sahəsi üzrə xidmət növlərinin maliyyələşməsində iştirak edir;

 

2.1.2.

informasiya cəmiyyətinin formalaşdırılması və hüquqi-normativ sənədlərin hazırlanması, innovasiya zonalarının yaradılması, rəqəmsal fərqlərin aradan qaldırılmasına dair elmi-texniki baxımdan hazırlanmış təkliflərə baxır və onların reallaşdırılması üzrə tövsiyələr verir;

 

2.1.3.

İKT üzrə milli standartlar və terminlər üzrə tövsiyələr hazırlayır;

 

2.1.4.

respublikanın rabitə və İT, radio-TV yayımı, tezliklərin ayrılması sahələri üzrə gələcək inkişaf perspektivlərini araşdırır, strateji inkişaf istiqamətlərini müəyyən edir;

 

2.1.5.

respublikanın telekommunikasiya şəbəkəsinin rekonstruksiyası zamanı müasir standartlara və texniki tələbata uyğun texnologiyaların tətbiq edilməsi üzrə təkliflərə baxır;

 

2.1.6.

yeni texnologiyanın tətbiqinə dair hazırlanmış texniki şərtlərə və texniki-iqtisadi əsaslandırmalara rəy verir;

 

2.1.7.

mülkiyyət formasından asılı olmayaraq respublikada fəaliyyət göstərən operatorların, provayderlərin tətbiq etdikləri texnologiyaların, avadanlıqların respublikanın ümumistifadəli şəbəkələrinə uyğunluğu, onlar arasında qarşılıqlı münasibətlərin texniki, iqtisadi və hüquqi baxımdan tənzimlənməsi üzrə Şuraya daxil olan təkliflərə baxır və rəy verir;

 

2.1.8.

rabitə və İT sahəsi üzrə Şurada baxılması tələb olunan səmərələşdirici və innovasiya təkliflərinə rəy verir;

 

2.1.9.

BTI, ÜPİ və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin tətbiqi ilə əlaqədar tövsiyələr verir;

 

2.1.10.

respublikanın daxili şəbəkəsinin və beynəlxalq şəbəkənin Azərbaycan seqmentlərinin rabitə və informasiya texnologiyaları, poçt şəbəkələri üçün nömrələnmə planlarına və paylanma qaydalarına rəy verir;

 

2.1.11.

İKT və yeni texnologiyalar sahəsində yüksək ixtisaslı kadrların hazırlığı üzrə prioritetlərin müəyyənləşdirilməsi üzrə tövsiyələr verir;

 

2.1.12.

sahə üzrə keçirilən elmi-praktiki toplantılara və konfranslara dair hazırlanmış təkliflərə rəy verir;

 

2.1.13.

respublikada fəaliyyət göstərən digər aidiyyəti elmi-texniki şuralarla əməkdaşlıq edir, İKT-nin inkişafı üzrə sahələrarası problemlərin həlli üzrə təklif və tövsiyələr qəbul edir, birgə müzakirələr üzrə təqdim olunan təkliflərə baxır;

 

2.1.14.

ETŞ-nin illik təqvim planını hazırlayır, plana uyğun olaraq iclaslar keçirir, bölmələrin, birlik və müəssisələrin texniki şuralarının hesabatlarını dinləyir;

 

2.1.15.

zəruri hallarda Şuranın qəbul etdiyi qərarları RYTN-in Kollegiyasının müzakirəsinə çıxarır;

 

2.1.16.

Şura tərəfındən qəbul edilmiş qərarların yerinə yetirilməsinə ümumi nəzarəti təmin edir.

 

3. Şuranın hüquqları

3.1.

Öz vəzifələrini həyata keçirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:

 

3.1.1.

rabitə və informasiya texnologiyalarının, radio-TV yayımının, poçtun inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər vermək;

 

3.1.2.

səlahiyyətləri daxilində dövlət və özəl rabitə operatorlarından, dövlət və qeyri-dövlət qurumlarından, elm və təhsil müəssisələrindən müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq;

 

3.1.3.

qanunvericilikdə müəyyən olunmuş qaydada ümumistifadəli və qarşılıqlı əlaqəli şəbəkələrin inkişafı üzrə verilmiş təkliflərə rəy vermək;

 

3.1.4.

rabitə və İT, tezlik spektri, radio-TV yayımı, poçt üzrə metodik materiallar və tövsiyələr hazırlamaq;

 

3.1.5.

Şuranın səlahiyyətlərinə aid olan məsələlər üzrə texniki ekspertizaların aparılması və rəy verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada elm və təhsil müəssisələrindən, şirkətlərdən mütəxəssisləri cəlb etmək;

 

3.1.6.

Şura üzvlərinin həvəsləndirilməsi üzrə verilmiş təkliflərə baxmaq;

 

3.1.7.

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

4. Şuranın fəaliyyətinin təşkili

4.1.

RYTN-in Elmi-Texniki Şurasına Rabitə və yüksək texnologiyalar nazirinin əmri ilə təyin və azad edilən sədr rəhbərlik edir. Elmi-Texniki Şuraya Rabitə və yüksək texnologiyalar nazirinin əmri ilə təyin və azad edilən üç sədr müavini, üzvlər, "Telekommunikasiya", "Radio-televiziya və tezliklər", "Poçt rabitəsi", "Operatorlar arasında texniki, iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsi", "İnformasiya texnologiyaları" bölmələrinin sədrləri və üzvləri daxildir.

 

4.1.1.

Elmi-Texniki Şuranın sədri:

 

4.1.1.1.

Şuranın iş planını təsdiq edir;

 

4.1.1.2.

Şuranın iclaslarının gündəliyini təsdiq edir;

 

4.1.1.3.

Şuranın qərarlarını təsdiq edir;

 

4.1.1.4.

Şuranın üzvlərinin dəyişdirilməsinə dair təkliflər verir;

 

4.1.1.5.

səlahiyyətləri daxilində icrası məcburi olan qərarlar verir, onların icrası, habelə icraya nəzarətin həyata keçirilməsi üzrə tapşırıqlar verir.

 

4.1.2.

Elmi-Texniki Şuranm bölmə sədri:

 

4.1.2.1.

bölmənin iş planını Şuranın təsdiqinə verir və bölmənin işini təşkil edir;


Sədr

İ. Məmmədov

Nazir müavini

 

 

Sədr müavinləri

R. Əliquliyev

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru

 

A. Həsənov

Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin dekanı

 

Ə. Mikayılov

Naxçıvan MR Rabitə və Yeni Texnologiyaları Nazirinin müavini

 

 

Şuranın üzvləri

 

Aparat rəhbərinin müavini

 

HİŞ-nin müdiri

Ə. Təmirov

TŞ-nin müdiri

Z. Mehdiyev

VQŞ-nin müdiri

M. İsmayılov

İİŞ-nin müdiri

İ. Əliyev

İCŞ-nin müdiri

M. Məmmədova

MİŞ-in müdiri

T. Səfərova

MŞ-nin müdiri

E.Zeynalov

EİŞ-in müdiri

 

“Aztelekom” İB-nin baş direktoru

Ə. Şərifov

“Teleradio” İB-nin baş direktoru

R. Nəbiyev

“Azərkosmos” ASC-nin sədri

Ə. Məmmədov

DRİ-nin rəisi

 

MHM-in direktoru

S. Abdullayeva

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin direktoru

 

 

 

 

Telekommunikasiya bölməsi

N. Cəfərov

İİŞ TS-nin müdiri, bölmə sədri

H. Rüstəmov

MİŞ İTS-nin müdiri

N. Kərimov

İİŞ TS-nin aparıcı məsləhətçisi

 

BTRİB-in texniki direktoru

Z. Vəliyev

“Aztelekom” İB-nin texniki direktoru

M. Quliyev

“Azərkosmos” ASC-nin sədr müavini

M. Rüstəmov

"AzInTelecom" BTKŞ-nin rəisi

T. Əhmədov

“Aztelekom” İB BATS-ın baş mühəndisi

S. Əhmədov

BTRİB LAK-ın baş mühəndisi

E. Qədirov

BTRİB-in baş mütəxəssisi

İ. Abdullayev

MHM-in Əməliyyat və hesablaşmalar şöbəsinin müdiri

Q. Abdullayev

İİŞ TS-nin baş məsləhətçisi

Z. Qasımov

TŞ-nin aparıcı məsləhətçisi

N. Cahangirov

MİŞ MS-nin böyük məsləhətçisi

M. Abbasov

“Teleradio” İB-nin texniki direktoru

İ. Əfəndiyev

DRİ-nin baş mühəndisi

S. Abdulov

“Teleradio” İB MRTYM-in baş mühəndisi

S. Hüseynov

RTDK-nın katibi

 

 

 

 

Poçt rabitəsi bölməsi

N. Məmmədov

İİŞ PS-nin müdiri, bölmə sədri

N. Həmidov

İİŞ PS-nin baş məsləhətçisi

Ü. Rəsulova

MİŞ MS-nin baş məsləhətçisi

S. Kazımov

“Azərpoçt” MMC-nin baş direktor müavini

V. Ağayev

“Azərpoçt” MMC-nin Şəbəkənin idarə olunması şöbəsinin rəis müavini

R. Əbdürrəhmanov

“Azərpoçt” MMC-nin 3 saylı PF-nin Poçt xidmətləri şöbəsinin mühəndisi

A. Məmmədov

“Azərekspresspoçt” RM-in sədr müavini

H. Qarayev

“Azərpoçt” MMC PDM-in rəis müavini

N. Səmədov

“Azərpoçt” MMC-nin Poçt analizi şöbəsinin rəisi

N. Qalayev

“Azərpoçt” MMC-nin Keyfiyyətə nəzarət şöbəsinin rəisi

V. Manafov

"AzInTelecom" BPŞ-nin rəisi

Ş. Qədirov

“Azərekspresspoçt” Rabitə Müəssisəsinin İstismar şöbəsinin rəisi

Operatorlar arasında texniki, iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsi bölməsi

Ə. Təmirov

TŞ-nin müdiri, bölmə sədri

M. Məmmədzadə

TŞ-nin baş məsləhətçisi

Z. Qəmbərov

HİŞ-nin baş məsləhətçisi

T. Məmmədov

“Aztelekom” İB-nin baş direktor müavini

X. Kişiyev

BTRİB-in baş direktor müavini

H. Məmmədov

“Aztelekom” İB ŞBTRŞ-nin rəisi

R. Səfərov

“AzEvroTel” BM-in baş direktor müavini

K. Şirinov

“Ultel” MMC-nin Maliyyə-iqtisad şöbəsinin rəisi

V. Haqverdiyev

“Catel” MMC-nin Texniki idarəsinin rəisi

A. Bayramova

"Azercell Telekom" MMC-nin İKT Departamentinin Tənzimləyici servislər bölməsinin rəhbəri

E. Məsimov

“Azerfon” MMC-nin Dövlət orqanları ilə əlaqələr və tənzimləmə məsələləri üzrə hüquq müşaviri

X. Qambayzadə

“Bakcell LTD” MMC-nin Tənzimləmə və operatorlararası əlaqələr şöbəsinin müdiri

İnformasiya texnologiyaları bölməsi

İ. Əliyev

İCŞ-nin müdiri, bölmə sədri

M. Həsənov

“Aztelekom” İB-nin baş direktor müavini

R. Əliyev

“Aztelekom” İB İKTŞ-nin rəisi

S. Nəcəfov

MHM-in baş mühəndisi

N. Rəsulov

MHM-in baş mütəxəssisi

F. Məlikov

"AzInTelecom" ŞTŞ-nin rəisi

F. Hüseynov

BTRİB İT laboratoriyasının rəisi

E. Vəliyev

“Azərpoçt” MMC İTŞ-nin müdiri

 

“Delta Telekom LTD” MMC-nin texniki direktoru

Q. Qurbanov

Azərbaycan İnternet Cəmiyyətinin sədri

 

 

 

 

  1. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üzrə texniki-iqtisadi əsaslandırma ilə təqdim olunan təklif (iş);
  2. Universal telekommunikasiya xidmətlərinin daha səmərəli təşkili üçün təqdim olunan təklif (iş);
  3. Nömrə və tezlik resurslarının elmi-texniki baxımdan effektiv istifadəçi ilə təqdim olunan təklif (iş);
  4. Ən yeni texnologiya və protokolların tətbiqi üzrə təqdim olunan təkilf (iş);
  5. Ümumisifadəli şəbəkənin elmi-texniki baxımdan effektiv fəaliyyəti və strateji inkişafı üzrə təqdim olunan təkilf (iş);
  6. TV və radio yayımının yerüstü və peykdən effektiv təşkili üzrə təqdim olunan təklif (iş);
  7. İstehlakçılara daha keyfiyyətli və sərfəli yeni xidmət növlərinin təqdim edilməsi üzrə təklif (iş);



Qeyd: Qiymətləndirmə ümumilikdə və ya bir (bir neçə) şərt üzrə aparıla bilər.