Dosta göndər

Etik davranış

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında

 

Bu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

 

I.

Ümumi müddəalar


1.

Qanunun əhatə dairəsi


1.1.

Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.


1.2.

Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.


2.

Qanunun məqsədləri


2.0.

Bu qanunun məqsədləri aşağıdakılardan ibarətdir:


2.0.1.

dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;


2.0.2.

dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;


2.0.3.

dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;


2.0.4.

dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;


2.0.5.

dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;


2.0.6.

dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.


3.

Xidməti davranışın hüquqi tənzimlənməsi


3.1.

Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.


3.2.

Dövlət qulluqçusunun xidməti davranışı bu qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.


3.3.

Bu qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar bu qanunun müddəalarına zidd olmamalıdır.

 

II. Etik davranış qaydaları

 

4.

Vicdanlı davranış


4.1.

Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.


4.2.

Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.


5.

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması


5.1.

Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.


5.2.

Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.


6.

Loyallıq


6.1.

Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.


6.2.

Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.


6.3.

Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.


6.4.

Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.


7.

İctimai etimad


7.1.

Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.


7.2.

Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.


7.3.

Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.


8.

İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət


8.1.

Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.


8.2.

Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.


8.3.

Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.


8.4.

Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.


9.

Mədəni davranış


 

Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.


10.

Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi


10.1.

Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.


10.2.

Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.


10.3.

Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.


11.

Qərəzsizlik


11.1.

Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.


11.2.

Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.


11.3.

Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.


12.

Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi


12.1.

Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.


12.2.

Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.


12.3.

Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.
12.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.


13.

Korrupsiyanın qarşısının alınması


13.1.

Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.


13.2.

Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz.


14.

Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər


14.1.

Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.


14.2.

Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.


15.

Maraqlar toqquşmasının qarşısının alınması


15.1.

Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.


15.2.

Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.


15.3.

Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir. Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.


15.4.

Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.


15.5.

Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.


16.

Əmlakdan istifadə


16.1.

Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.


16.2.

Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.


17.

Məlumatlardan istifadə


17.1.

Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.


17.2.

Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.


17.3.

Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.


18.

İctimai və ya siyasi fəaliyyət


18.1.

Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.


18.2.

Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.


18.3.

Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.


18.4.

Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.


18.5.

Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.


III.

Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması


19.

Təminatlar sistemi


19.0.

Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:


19.0.1.

dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir;


19.0.2.

dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.


20.

Etik davranış qaydalarına əməl olunmasına nəzarət


20.0.

Etik davranış qaydalarına əməl olunmasına nəzarəti:


20.0.1.

Dövlət orqanının rəhbəri - xidməti qaydada, yuxarı orqan - tabeçilik əsasında;


20.0.2.

Müvafiq dövlət orqanı (bundan sonra "Nəzarət orqanı") - bu qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.


21.

Dövlət orqanının rəhbəri tərəfindən nəzarət


21.1.

Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata keçirir.


21.2.

Dövlət orqanının rəhbəri:


21.2.1.

tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;


21.2.2.

öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;


21.2.3.

tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;


21.2.4.

tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;


21.2.5.

rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;


21.2.6.

etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;


21.2.7.

tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;


21.2.8.

öz səlahiyyətləri çərçivəsində bu qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib hazırlamalı və təsdiq etməlidir;


21.2.9.

etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;


21.2.10.

etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;


21.2.11.

etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır;


21.2.12.

etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;


21.2.13.

etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.


22.

Nəzarət orqanının səlahiyyətləri


22.1.

Nəzarət orqanı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir:


22.1.1.

bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;


22.1.2.

dövlət qulluqçularından və digər şəxslərdən bu qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;


22.1.3.

daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;


22.1.4.

dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;


22.1.5.

dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir;


22.1.6.

dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir;


22.1.7.

daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;


22.1.8.

dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;


22.1.9.

qanunvericiliklə göstərilmiş digər səlahiyyətləri həyata keçirir.


22.2.

Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə əlaqədar dövlət qulluqçusuna qarşı aparılan intizam icraatının gedişinə hər hansı formada müdaxilə edə bilməz.


23.

Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət


23.1.

Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.


23.2.

Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.


23.3.

Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:


23.3.1.

bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;


23.3.2.

kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.


23.3.

İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.


 

Maddə 24. Bu qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 31 may 2007-ci il

             352-IIIQD

 

2009-cu il 28 aprel tarixli 807-IIIQD nömrəli qanuna əsasən əlavə və dəyişikliklərlə

Azərbaycan Respublikasının,
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin
əmri ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1.

"Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyində (bundan sonra - Nazirlik) qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları" (bundan sonra - Qaydalar) "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanınm 2-ci bəndinə əsasən hazırlanmışdır.

 

2.

Qaydalar Nazirlikdə qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirir.

 

3.

Nazirlikdə qulluq keçən hər bir dövlət qulluqçusu (bundan sonra – dövlət qulluqçusu) xidməti davranışında qanunun aliliyinə, insan hüquqlarına, demokratik prinsiplərə və yüksək etik davranış qaydalarına əsaslanaraq "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə Nazirliyə aid fəaliyyəti ilə bağlı bu Qaydalara əməl etməyə borcludur.

 

4.

Bu Qaydaların əsas məqsədi Nazirliyə və Nazirlikdə qulluq keçən dövlət qulluqçularına ictimaiyyət tərəfindən etimadın yüksəldilməsinə, dövlət qulluqçusunun fəaliyyətində səmərəliliyin artırılmasına, dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl edilməsinə nail olmaqdır.

 

II. Dövlət qulluqçularının etik davranış prinsipləri

5.

Dövlət qulluqçularının etik davranış prinsipləri:

 

5.1.

İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi - Dövlət qulluqçusuunutmamalıdır ki, onun fəaliyyətinin əsas məqsədi insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməkdir.

 

 5.2.

Qanunçuluq prinsipi - Dövlət qulluqçusuvəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməlidir.

 

5.3.

Vicdanlı davranış prinsipi - Dövlət qulluqçusuinsan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Dövlət qulluqçusubütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

 

5.4.

Loyallıq prinsipi - Dövlət qulluqçusuonun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusununelmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. Dövlət qulluqçusuhər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və dövlət qulluqçusunun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Dövlət qulluqçusu ümumqəbulolunmuş milli əxlaq normalarına əməl etməlidir.

 

5.5.

Mədəni davranış prinsipi - Dövlət qulluqçusuünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Dövlət qulluqçusupeşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

 

5.6.

Qərəzsizlik prinsipi - Dövlət qulluqçusuxidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Dövlət qulluqçusuxidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

 

5.7.

İctimai etimad prinsipi - Dövlət qulluqçusuAzərbaycan Respublikasının, Nazirliyin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, dövlət qulluqçusuadını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Dövlət qulluqçusu Nazirliyin və dövlət qulluğunun adına xәlәl gәtirә bilәn yerlәrdәn vә şәxslәrlә әlaqәdәn çәkinmәlidir. Dövlət qulluqçusuetik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Dövlət qulluqçusu Nazirliyin və Nazirliyin vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

 

5.8.

Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi prinsipi - Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

 

5.9.

Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi prinsipi - Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

 

5.10.

Əmlakdan istifadə prinsipi - Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

 

5.11.

Məlumatlardan istifadə prinsipi -Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

 

5.12.

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi - Dövlət qulluqçusuöz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, rəhbər vəzifə tutan dövlət qulluqçuları həmçinin, tabeliyində olan şəxslərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir. Dövlət qulluqçusuxidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar mövcud qanunvericilik aktlarını öyrənməlidir. Dövlət qulluqçusuetik davranışı və öz peşəkar fəaliyyəti ilə Nazirliyin və bütövlükdə dövlət qulluğuna hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

 

III. Dövlət qulluqçusunun xidməti davranışı

6.

Dövlət qulluqçusu:

 

6.1.

xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalı;

 

6.2.

vətəndaşların qəbulundan əsassız olaraq imtina etməməli,vətəndaşların qəbulunu bilavasitə rəhbərinin müəyyən etdiyi halda həyata keçirməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi barədə məsləhətlər verməli, daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalı;

 

6.3.

nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları səbirlə dinləməli;

 

6.4.

dövlət qulluqçularının və vətəndaşların fikirlərinə hörmətlə yanaşmalı;

 

6.5.

zəruri olan hallar istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində danışmalı;

 

6.6.

birgə və ya digər dövlət qulluqçusu tərəfindən görülmüş işlərin özü tərəfindən edildiyini iddia etməməli;

 

6.7.

digər dövlət qulluqçusunun xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı;

 

6.8.

хidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalı;

 

6.9.

iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə (ucadan danışmaq, xidməti telefondan istifadə ilə bağlı sui-istifadə hallarına) yol verməməli;

 

6.10.

icra və əmək intizamına əməl etməli, həmçinin iş qrafikinə riayət etməli, iş yerinə vaxtında gəlməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməli;

 

6.11.

alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməməli, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmamalı;

 

6.12.

xidməti zərurətlə bağlı hallar istisna olmaqla, rəhbərliyin müəyyən etdiyi qaydada geyinməli, хarici görünüşünü təmiz və səliqəli saxlamalı;

 

6.13.

siqaret çəkilməsi qadağan olunmuş yerlərdə, həmçinin хidməti vəzifələrin yerinə yetirildiyi ictimai yerlərdə siqaret çəkməməli;

 

6.14.

aralarında yaranan mübahisələrin Nazirliyin və dövlət qulluqçusunun nüfuzuna xələl gətirməsinə yol verməməli;

 

6.15.

хidməti vəzifəsini yerinə yetirdiyi zaman ayrı-seçkiliyə və zorakılıq hərəkətlərinə yol verməməli;

 

6.16.

kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların ilkin mərhələdə həll edilməsi üçün tədbirlər görməli;

 

6.17.

dövlət qulluqçularına və vətəndaşlara qarşı təhqiredici və hədələyici ifadələr işlətməməli;

 

6.18.

rəhbərlikdə və kollektivdə həqiqətə uyğun olmayan, dövlət qulluqçusunun nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı;

 

6.19.

öz məqsəd və mənafeləri üçün digər dövlət qulluqçusunu onun hər hansı hərəkətinə görə təhdid etməməli;

 

6.20.

qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməli;

 

6.21.

rəhbər vəzifələrdə çalışan dövlət qulluqçuları ilə qulluq münasibətlərində tabeçilik qaydalarına və subordinasiyaya riayət etməli;

 

6.22.

verilmiş tapşırıqların icrası ilə əlaqədar rəhbərliyi mütəmadi olaraq məlumatlandırmalı;

 

6.23.

xidməti vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı (əvvəlcədən) və həmin tədbirlərin nəticəsi barədə bilavasitə rəhbərini məlumatlandırmalı;

 

6.24.

xidmәti vәzifәlәri ilә әlaqәdar olan mәsәlәlәr üzrә göstәrdiyi kömәyin vә ya verdiyi mәslәhәtin müqabilindә haqq almamalı;

 

6.25.

dövlət orqanlarında qanunvericiliyin tətbiqinə və ya dövlət qulluqçularının etik davranış qaydalarına nəzarətin həyata keçirilməsi zamanı yaxın qohumlarının və ya şəxsi yaxınlıq münasibətində olduğu şəxslərin işinin araşdırılması tapşırıldığı halda dövlət qulluqçusu araşdırma obyektinin dəyişdirilməsi məqsədilə rəhbərliyə məlumat verməli;

 

6.26.

namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən və ya müsahibənin digər prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda müsahibə qrupunun (komissiyasının) üzvü olan dövlət qulluqçusu həmin müsahibədən kənarlaşdırılması məqsədilə rəhbərliyə məlumat verməli;

 

6.27.

xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməli;

 

6.28.

. xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. qəbul etməməli, bu barədə dərhal bilavasitə rəhbərinə məlumat verməli;

 

6.29.

öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların xidməti vəzifəsi ilə bağlı məsələlərin həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurət olmadan icraatında olan məsələlərə və sənədlərə maraq göstərməməli;

 

6.30.

irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməli;

 

6.31.

şəxsi maraqları ilə xidməti vəzifəsi arasında yaranmış maraqlar toqquşmasını ictimai maraqlar naminə həll etməli;

 

6.32.

işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli;

 

6.33.

özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının Nazirlikdə qulluq keçən hər hansı dövlət qulluqçusu tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməli;

 

6.34.

qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda bilavasitə rəhbərinə məlumat verməli;

 
 

6.35.

verilmiş tapşırığın qeyri-etik, hüquqa zidd olduğunu hesab etdiyi halda dərhal tapşırığı vermiş rəhbər vəzifəli şəxslə əlaqə saxlayıb həmin tapşırığı aydınlaşdırmalı;

 

6.36.

xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını iş vaxtından sonra da qorumalı;

 

6.37.

mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməli;

 

6.38.

dövlət orqanının fəaliyyətinə aid hər hansı iş barədə məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamalı;

 

6.39.

dövlət qulluqçusuzərurət olmadan nəqliyyat, xidmət və digər sahələrdə hər hansı üstünlük əldə etmək məqsədi ilə öz statusundan istifadə etməməli;

 

6.40.

dövlət qulluqçusuxüsusi zәrurәt olmadıqda özünün ödәmә imkanlarından artıq mәblәğlәrdә borclarının yaranmasına yol vermәmәli;

 

6.41.

dövlət orqanının resurslarının təhlükəsizliyini təmin etməli və onlardan sui-istifadə və boş yerə istifadə etməməli (xidməti avadanlıqdan az (nadir hallarda) və kiçik həcmdə şəxsi məqsədlər üçün istifadə edilə bilər);

 

6.42.

istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməli;

 

6.43.

dövlət orqanının rəsmi e-mailindən yalnız rəsmi istifadə üçün istifadə etməli;

 

6.44.

hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli;

 

6.45.

qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməli;

 

6.46.

xidməti vəsiqəsinin saxlanmasında məsuliyyətli olmalı.

 

IV. Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti davranışına əlavə tələblər

7.

Rəhbər vəzifə tutan dövlət qulluqçusu:

 

7.1.

tabelikdə olanların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli;

 

7.2.

tabelikdə olanlara icrası mümkün olmayan tapşırıqlar verməməli;

 

7.3.

tabelikdə olanlara verilmiş tapşırıqların icrası ilə bağlı mütəmadi olaraq maraqlanmalı, onlara metodik köməklik göstərməli, yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməli;

 

7.4.

Nazirliyin və struktur bölmənin fəaliyyəti ilə bağlı tabeliyində olanların qanunvericiliyə uyğun və Nazirliyin nüfuzunun artırılması məqsədilə verdikləri təklifləri öyrənməli, dövlət qulluqçuları tərəfindən verilmiş təkliflərə hörmətlə yanaşmalı;

 

7.5.

bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli;

 

7.6.

xidməti fəaliyyəti ilə bağlı tabelikdə olanların kənar şəxslərin təsirindən müdafiə edilməsi üçün müvafiq tədbirlər görməli;

 

7.7.

xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik dilemmalar barədə tabelikdə olanları qabaqcadan məlumatlandırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı;

 

7.8.

tabeliyində olan dövlət qulluqçularına xidməti fəaliyyətini keyfiyyətlə icra etməyə və özlərini inkişaf etdirməyə imkan verən normal iş şəraiti yaratmalı;

 

7.9.

tabelikdə olanların işgüzar qaydalara və etik davranış qaydalarına əməl etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;

 

7.10.

şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli;

 

7.11.

subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkilik aparmamalı, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli;

 

7.12.

tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı;

 

7.13.

tabelikdə olanlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməli;

 

7.14.

öz davranışı ilə tabelikdə olanlar üçün nümunə olmalı;

 

7.15.

rəsmi ləvazimatlardan sui-istifadə hallarına yol verməməli.

 

V. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

8.

Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.

 

9.

Etik davranış qaydalarına əməl olunmasına nəzarət Nazir tərəfindən məsul şəxs Etik Müvəkkil vasitəsilə həyata keçirilir.

 

10.

Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

 

10.1.

dövlət qulluqçularının xidməti davranışının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməli və onun təhlili aparılmalı;

 

10.2.

dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalı;

 

10.3.

rəhbər vəzifə tutan dövlət qulluqçularıtərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməli;

 

10.4.

etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməli;

 

10.5.

dövlət qulluqçularına etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməli;

 

10.6.

etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməli;

 

10.7.

etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır.

 

11.

Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

 

12.

Aşağıdakı hallarda dövlət qulluqçusu barəsində intizam icraatına başlanıla bilər:

 

12.1.

“Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

 

12.2.

kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

 

13.

Etik davranış qaydalarının müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.

 

14.

Aparılmış intizam icraatının nəticələri Nazirə təqdim edilir. “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarını pozmuş və maraqların toqquşmasına yol vermiş dövlət qulluqçusu barədə Nazir tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbiri tətbiq edilə bilər.

 

15.

İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə Nazir bu barədə cinayət təqibi orqanına məlumat verir.

 

 

 

Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
02.09.2011-ci il tarixli
148 nömrəli əmri ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1.

“Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları” (bundan sonra - Qaydalar) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

 

2.

Qaydalar rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin(bundan sonra – İşçilər) etik davranış qaydaları və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirir.

 

3.

İşçilər xidməti davranışında qanunun aliliyinə, insan hüquqlarına, demokratik prinsiplərə və yüksək etik davranış qaydalarına əsaslanaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (bundan sonra - Nazirlik) aid fəaliyyəti ilə bağlı bu Qaydalara əməl etməyə borcludur.

 

4.

Bu Qaydaların əsas məqsədi Nazirliyin birlik, müəssisə və idarələrinə ictimaiyyət tərəfindən etimadın yüksəldilməsinə, işçilərin fəaliyyətində səmərəliliyin artırılmasına, işçilər tərəfindən etik davranış qaydalarına əməl edilməsinə nail olmaqdır.

 

II. İşçilərin etik davranış prinsipləri

5.

İşçilərin etik davranış prinsipləri:

 

5.1.

İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi – İşçilərunutmamalıdır ki, onların fəaliyyətinin əsas məqsədi insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməkdir. İşçilərinsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, işçilərxidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə işçilərin şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. İşçilər hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

 

5.2.

Qanunçuluq prinsipi – İşçilərvəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi və normativ xarakterli aktların tələblərinə, əmək müqavilələrinin şərtlərinə və vəzifə təlimatlarına ciddi əməl etməlidir.

 

5.3.

Vicdanlı davranış prinsipi – İşçilərinsan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

 

5.4.

Loyallıq prinsipi – İşçiləronun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Ümumqəbulolunmuş milli əxlaq normalarına əməl etməlidir.

 

5.5.

Mədəni davranış prinsipi – İşçilərünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

 

5.6.

Qərəzsizlik prinsipi – İşçilərxidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

 

5.7.

İctimai etimad prinsipi – İşçilərAzərbaycan Respublikasının, Nazirliyin və işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə,adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.Nazirliyin və çalışdığı müəssisənin adına xәlәl gәtirә bilәn yerlәrdәn vә şәxslәrlә әlaqәdәn çәkinmәlidir. Etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.Nazirliyin və çalışdığı müəssisəninvəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

 

5.8.

Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi prinsipi –İşçilər birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ-hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, onların qanuna, yaxud digər normativ-hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

 

5.9.

Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi prinsipi – İşçilərin qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən işçi həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən işçi həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

 

5.10.

Əmlakdan istifadə prinsipi –İşçilər istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

 

5.11.

Məlumatlardan istifadə prinsipi – İşçilər işlədikləri müəssisənin sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. Xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

 

5.12.

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi – İşçiləröz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, rəhbər vəzifə tutan işçilərin, həmçinin tabeliyində olan şəxslərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar mövcud qanunvericilik aktlarını öyrənməlidir. Etik davranışı və öz peşəkar fəaliyyəti ilə Nazirliyə və çalışdığı müəssisəyə hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

 

III . İşçilərin xidməti davranışı

6.

İşçilər:

 

6.1.

xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalı;

 

6.2.

vətəndaşların qəbulundan əsassız olaraq imtina etməməli, vətəndaşların qəbulunu bilavasitə rəhbərinin müəyyən etdiyi halda həyata keçirməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi barədə məsləhətlər verməli,daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalı;

 

6.3.

nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları səbirlə dinləməli;

 

6.4.

vətəndaşların fikirlərinə hörmətlə yanaşmalı;

 

6.5.

zəruri olan hallar istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində danışmalı;

 

6.6

.birgə və ya digər işçilər tərəfindən görülmüş işlərin özü tərəfindən edildiyini iddia etməməli;

 

6.7.

digər işçilərin xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı;

 

6.8.

хidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalı;

 

6.9.

iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə (ucadan danışmaq, xidməti telefondan istifadə ilə bağlı sui-istifadə halları) yol verməməli;

 

6.10.

icra və əmək intizamına əməl etməli, həmçinin iş qrafikinə riayət etməli, iş yerinə vaxtında gəlməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməli;

 

6.11.

alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməməli, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmamalı;

 

6.12.

xidməti zərurətlə bağlı hallar istisna olmaqla, rəhbərliyin müəyyən etdiyi qaydada geyinməli, хarici görünüşünü təmiz və səliqəli saxlamalı;

 

6.13.

siqaret çəkilməsi qadağan olunmuş yerlərdə, həmçinin хidməti vəzifələrin yerinə yetirildiyi ictimai yerlərdə siqaret çəkməməli;

 

6.14.

Nazirliyin və işlədiyi müəssisənin adına xələl gətirə bilən hallara yol verməməli;

 

6.15.

хidməti vəzifəsini yerinə yetirdiyi zaman ayrı-seçkiliyə və zorakılıq hərəkətlərinə yol verməməli;

 

6.16.

kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların ilkin mərhələdə həll edilməsi üçün tədbirlər görməli;

 

6.17.

iş yoldaşlarına və vətəndaşlara qarşı təhqiredici və hədələyici ifadələr işlətməməli;

 

6.18.

ona müraciət edən şəxslərin şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol verməməli;

 

6.19.

icraatına verilmiş sorğuları, müraciətləri müəyyən edilmiş qaydada və diqqətlə araşdırmalı;

 

6.20.

rəhbərlikdə və kollektivdə həqiqətə uyğun olmayan, işçilərin nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı;

 

6.21.

öz məqsəd və mənafeləri üçün digər işçiləri onun hər hansı hərəkətinə görə təhdid etməməli;

 

6.22.

qulluq mövqeyindən istifadə edərək digər iş yoldaşlarını qanunazidd hərəkətə (hərəkətsizliyə) sövq etməməli;

 

6.23.

rəhbər vəzifələrdə çalışan işçilərlə münasibətlərində tabeçilik qaydalarına və subordinasiyaya riayət etməli;

 

6.24.

verilmiş tapşırıqların icrası ilə əlaqədar rəhbərliyi mütəmadi olaraq məlumatlandırmalı;

 

6.25.

xidməti vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı (əvvəlcədən) və həmin tədbirlərin nəticəsi barədə bilavasitə rəhbərini məlumatlandırmalı;

 

6.26.

xidmәti vәzifәlәri ilә әlaqәdar olan mәsәlәlәr üzrә göstәrdiyi kömәyin vә ya verdiyi mәslәhәtin müqabilindә haqq almamalı;

 

6.27.

qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməli;

 

6.28.

qanunvericiliyin tətbiqinə və ya etik davranış qaydalarına nəzarətin həyata keçirilməsi zamanı yaxın qohumlarının və ya şəxsi yaxınlıq münasibətində olduğu şəxslərin işinin araşdırılması tapşırıldığı halda, işçi araşdırma obyektinin dəyişdirilməsi məqsədilə rəhbərliyə məlumat verməli;

 

6.29.

xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməli;

 

6.30.

xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. qəbul etməməli, bu barədə dərhal bilavasitə rəhbərinə məlumat verməli;

 

6.31.

öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların xidməti vəzifəsi ilə bağlı məsələlərin həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurət olmadan başqalarının icraatında olan məsələlərə və sənədlərə maraq göstərməməli;

 

6.32.

irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməli;

 

6.33.

şəxsi maraqları ilə xidməti vəzifəsi arasında yaranmış maraqlar toqquşmasını ictimai maraqlar naminə həll etməli;

 

6.34.

işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli;

 

6.35.

özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının iş yoldaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməli;

 

6.36.

qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda, bilavasitə rəhbərinə məlumat verməli;

 

6.37.

birbaşa və yuxarı rəhbərinin qanun çərçivəsində verilmiş əmr və sərəncamını, yaxud şifahi tapşırıqlarını qanunla müəyyən edilmiş qaydada yerinə yetirməli;

 

6.38.

verilmiş tapşırığın qeyri-etik, hüquqazidd olduğunu hesab etdiyi halda, dərhal tapşırığı vermiş rəhbər vəzifəli şəxslə əlaqə saxlayıb həmin tapşırığı aydınlaşdırmalı;

 

6.39.

xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını iş vaxtından sonra da qorumalı;

 

6.40.

mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməli;

 

6.41.

işlədiyi müəssisənin fəaliyyətinə aid hər hansı iş barədə məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamalı;

 

6.42.

xüsusi zәrurәt olmadıqda özünün ödәmә imkanlarından artıq mәblәğdә borclarının yaranmasına yol vermәmәli;

 

6.43.

işlədiyi müəssisənin resurslarının qorunmasını təmin etməli və onlardan sui-istifadə və boş yerə istifadə etməməli;

 

6.44.

istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməli;

 

6.45.

hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli;

 

6.46.

xidməti vəsiqəsinin saxlanmasında məsuliyyətli olmalı.

 

IV. Rəhbər vəzifə tutan işçilərin xidməti davranışına əlavə tələblər

7.

Rəhbər vəzifə tutan işçilər:

 

7.1.

tabelikdə olanların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli;

 

7.2.

tabelikdə olanlara icrası mümkün olmayan tapşırıqlar verməməli;

 

7.3.

tabelikdə olanlara verilmiş tapşırıqların icrası ilə bağlı mütəmadi olaraq maraqlanmalı, onlara metodik köməklik göstərməli, yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməli;

 

7.4.

fəaliyyəti ilə bağlı tabeliyində olanların qanunvericiliyə uyğun və müəssisənin nüfuzunun artırılması məqsədilə verdikləri təklifləri öyrənməli, işçilər tərəfindən verilmiş təkliflərə hörmətlə yanaşmalı;

 

7.5.

bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli;

 

7.6.

xidməti fəaliyyəti ilə bağlı tabelikdə olanların kənar şəxslərin təsirindən müdafiə edilməsi üçün müvafiq tədbirlər görməli;

 

7.7.

xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik dilemmalar barədə tabelikdə olanları qabaqcadan məlumatlandırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı;

 

7.8.

tabeliyində olan işçilərin xidməti fəaliyyətini keyfiyyətlə icra etməyə və özlərini inkişaf etdirməyə imkan verən normal iş şəraiti yaratmalı;

 

7.9.

tabelikdə olanların işgüzar qaydalara və etik davranış qaydalarına əməl etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;

 

7.10.

şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli;

 

7.11.

subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkilik aparmamalı, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli;

 

7.12.

tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı;

 

7.13.

tabelikdə olanlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməli;

 

7.14.

öz davranışı ilə tabelikdə olanlar üçün nümunə olmalı;

 

7.15.

rəsmi ləvazimatlardan sui-istifadə hallarına yol verməməli.

 

V. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

8.

İşçilərin davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.

 

9.

Etik davranış qaydalarına əməl olunmasına nəzarət müəssisənin rəhbəri tərəfindən məsul şəxs vasitəsilə həyata keçirilir.

 

10.

Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

 

10.1.

işçilərin xidməti davranışının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməli və onun təhlili aparılmalı;

 

10.2.

işçilər arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalı;

 

10.3.

rəhbər vəzifə tutan işçilərtərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməli;

 

10.4.

etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməli;

 

10.5.

işçilərə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməli;

 

10.6.

etik davranış qaydaları və işçilər tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməli;

 

10.7.

etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır.

 

11.

Etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İşçinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

 

12.

Aşağıdakı hallarda işçi barəsində intizam icraatına başlanıla bilər:

 

12.1.

bu Qaydaların müddəalarının işçi tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

 

12.2.

kütləvi informasiya vasitələrində işçi tərəfindən bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın yayımlanması.

 

13.

Etik davranış qaydalarının müddəalarının işçi tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.

 

14.

Aparılmış intizam icraatının nəticələri müəssisənin rəhbərinə təqdim edilir. Bu Qaydaların müddəalarını pozmuş və maraqların toqquşmasına yol vermiş işçi barədə müəssisənin rəhbəri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbiri tətbiq edilə bilər.

 

15.

İntizam icraatı zamanı işçi tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, müəssisənin rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verir.