Dosta göndər

20.09.2017

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

 

İKT sektorunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti tərəfindən göstərilən dəstək sayəsində son illər Azərbaycanın startap ekosistemi inkişaf edir və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşır.

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrant ayırıb.

 

Belə ki, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının növbəti iclasında 10 aprel 2017-ci il tarixində elan edilən qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələrilə bağlı yekun qərar verilib.

 

Qeyd edək ki, sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub. Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Bu mərhələdə 71 layihə müsbət rəy alıb.

 

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

 

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 000 AZN qrant vəsaiti ayrılıb.

 

Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik:

 

 

 

Layihənin adı

Qrant məbləği (AZN)

1

GRP

11 000

2

Yüksəklik

12 000

3

CamTouch

12 000

4

ReCountry

10 000

5

“Destination – Baku” application

12 000

6

ZoomX

11 000

7

Ustad

12 000

8

WakeMeUp

11 000

9

İlmə

12 000

10

Postcal

14 000

11

Pazl – Xalça

12 000

12

High_Cargo mobile application

11 000

12

Mobil oyunun hazırlanması

11 000

14

Run2Help

12 000

15

İnEduTech

14 000

16

Ecommerce üçün innovativ çatdırılma sıstemi

12 000

17

seattip.com

12 000

18

Hüt-hüt

11 000

19

www.e-pul.az

10 000

20

BKES

10 000

21

Soft Balance Accounting

10 000

 

 

 

Məlumat üçün bildirək ki, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan layihələr üzrə işlər davam etdirilir.