Dosta göndər

03.04.2017

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

 

Lot 1: Aztelekom” MMC tərəfindən hava xətt şəbəkəsinin genişləndirilməsi və istismarına tələb olunan 2000 (iki min) ədəd 6,5 metrlik hopdurulmuş ağac dirəklərin  satın alınması.

 

Tenderdə yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.

 

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 187 (Əlaqələndirici şəxs: Faiq Mustafayev tel: 012 344 00 00 (372); e-mail: faiq.mustafayev@aztelekom.az)  ünvanından əldə edə bilərlər.

 

Tenderdə iştirak haqqı: 800 (səkkiz yüz) AZN

 

Müəssisənin adı:                              Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab nömrəsi:                                AZ62AZPO 91015461200420100166

Müəssisənin VÖEN-i:                                 9900038501

Ünvan:                                                           AZ1122, Bakı şəh, Tbilisi prospekti -187 

Bankın  adı:                                      Azərpoçt MMC PF 1

Kodu:                                                         691011

Bankın VÖEN-i:                                         9900037711

Müxbir hesab:                                               AZ76NABZ 01350100000000094944

S.W.I.F.T BİK:                                               AZPOAZ22

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.


İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

 

 

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  • Tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır).
  • Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
  • İddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;
  • İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • Tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
  • İddiaçının anoloji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
  • İddiaçının müştəri bazası haqqında məlumatlar;
  • Təklif olunan malların mənşə və keyfiyyət sertifikatları;
  • Tenderin Əsas Şərtlər Toplusunda nəzərdə tutulan və Tenderin Əsas Şərtlər Toplusunun tələblərindən irəli gələn digər sənədlər.

 

     

    İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

     

    Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq qaydada leqallaşdırılmış və ya apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

     

    İddiaçılar tender təkliflərini 2 (iki) nüsxədə ("Əsli" və "Surəti") təqdim etməlidirlər. İddiaçıların təkliflərinin "Əsli"  və "Surəti" arasında fərqlər olduqda üstünlük "Əsli" sözü yazılmış nüsxəyə veriləcəkdir.

     

    Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

     

    Tender təkliflərinin qiymətləndirilməsi zamanı onların bu sahədəki çoxillik təcrübəsi, yerli şirkətlərə göstərdiyi təchizat işinin keyfiyyəti, müqavilə imzaladıqları şirkətlər tərəfindən təqdim olunan tövsiyə məktublarının olması nəzərə alınacaqdır.

     

    İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 08 may 2017-ci il tarixinə qədər (saat 17:00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 18 may 2017-ci il tarixinə qədər (saat 17:00-dək) Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına ("Aztelekom" MMC-nin Tender Komissiyasına) təqdim etməlidirlər.

     

    Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

     

    İddiaçıların təklifləri 19 may 2017-ci il tarixində (saat 11:00-da) Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanında - “Aztelekom” MMC-nin inzibati binasında açılacaqdır.

     

    Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

     

    Tender Komissiyası