Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Lot 1: “Aztelekom” MMC tərəfindən 2017-ci il ərzində TKQ-də xətt şəbəkəsinin genişləndirilməsinə və istismarına tələb olunan P-274 abunəçi naqilinin satın alınması Tenderdə yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 187 (Əlaqələndirici şəxs: Faiq Mustafayev tel.: 012 344 00 00 (372); e-mail: faiq.mustafayev@aztelekom.az) ünvanından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı: 1 000 (bir min) AZN
Müəssisənin adı: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
Müəssisənin VÖEN-i: 9900038501
Ünvan: AZ1122, Bakı şəh., Tbilisi prospekti -187
Bankın adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
Müxbir hesab: AZ76NABZ 01350100000000094944
S.W.I.F.T BİK: AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq qaydada leqallaşdırılmış və ya apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar tender təkliflərini 2 (iki) nüsxədə ("Əsli" və "Surəti") təqdim etməlidirlər. İddiaçıların təkliflərinin "Əsli" və "Surəti" arasında fərqlər olduqda üstünlük "Əsli" sözü yazılmış nüsxəyə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı onların bu sahədəki çoxillik təcrübəsi, yerli şirkətlərə göstərdiyi təchizat işinin keyfiyyəti, müqavilə imzaladıqları şirkətlər tərəfindən təqdim olunan tövsiyə məktublarının olması nəzərə alınacaqdır.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 25 aprel 2017-ci il tarixinə qədər (saat 17:00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 04 may 2017-ci il tarixinə qədər (saat 17:00-dək) Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına ("Aztelekom" MMC-ninTender Komissiyasına) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 05 may 2017-ci il tarixində (saat 11:00-da) Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanında - “Aztelekom” MMC-nin inzibati binasında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası