Dosta göndər

14.02.2017

“Telekommunikasiya cihazlarının tezlik və hissiyatını ölçən səyyar laboratoriya” avadanlığının satın alınmasına dair Tender

Tenderə dəvət elan 11 yanvar 2017-ci ildə və 2-ci elan 26 yanvar 2017-ci il tarixlərdə Respublika qəzeti və www. tender.gov.az    saytlarında dərc olunub.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzİnTelecom” MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR:

 

Tender 1 lot üzrə keçirilir:

 

lot 1 – “Telekommunikasiya cihazlarının tezlik və hissiyyatını ölçən səyyar laboratoriya” avadanlığının satın alınması

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

 

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Əlibəy Hüseynzadə küçəsi 74 (Əlaqələndirici şəxs Kamil Bektaşi, Vügar Yəhyazadə Tender komissiyası, telefon :012 200 00 74 (73)  ünvanından ala bilərlər.

 

İştirak haqqı:

 

lot 1 – 300 manat

Hesab:             AZ30AZPO91015461200420100063

VÖEN               9900048721

Bank:   Azərpoçt MMC PF 1

Kodu:               691011

VÖEN:              9900037711

M/H:    AZ76NABZ01350100000000094944

S.W.İ.F.T:           AZPOAZ22

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

Tenderdə iştirak etmək üçün yazılı müraciət;

 

Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

 

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

 

Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

 

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

 

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

 

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

 

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

 

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; (ehtiyac olduğu halda)

 

Digər sənədlər: Əsas şərtlər toplusunda nəzərdə tutulmuşsənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanunauyğun keçiriləcəkdir.

 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-02-17  17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-02-23  17:00-a qədər,  Bakı şəhəri Ə.Heseynzadə küçəsi 74 ünvanına

təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 2017-02-28,  15:00 tarixində Əlibəy Hüseynzadə 74 , “Azİntelecom” MMC-nin inzibati binasında açılacaqdır.

 

 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.