Dosta göndər

13.02.2017

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi açıq tenderə dəvət edir:

Tender 1 lot üzrə keçirilir:

 

lot 1 – GPON avadanlığının satın alınması


Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yuxarıda göstərilən LOT üzrə tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərcləri nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

 

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə 1000 (bir min) manat məbləğində iştirak haqqını sifarişçinin hesablaşma hesabına köçürdükdən sonra “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən inzibati binasında tenderin əsas şərtlər toplusunu ala bilərlər. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

 

VÖEN: 9900044741, hesab: AZ14AZPO91015461200420100157,

bank: Azərpoçt MMC PF 1, kodu: 691011, bankın VÖENi: 9900037711,

m/h: AZ76NABZ01350100000000094944, S.W.İ.F.T: AZPOAZ22

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

 

Tenderdə iştirak etmək istəyənlər 14 mart 2017-ci il saat 17:00-dək aşağıdakı sənədləri “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 2% Bank Zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
  4. Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış.
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

10. Digər sənədlər.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

 

Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaq.

 

İddiaçılar tender təklifini və bank təminatını 29 mart 2017-ci il saat 17:00-a qədər “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

Tender proseduru 30 mart 2017-ci il saat 15:00 “Bakı Telefon Rabitəsi” İB-nin Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

 

Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Alpay Kərimov tel: (+994 12) 598 76 99

 

 

Tender Komissiyası