Dosta göndər

17.01.2018

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2018-ci il üçün doktoranturaya və dissertanturaya qəbul

E L A N   E D İ R

 

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli sərəncamı ilə təsdiq olunmuş doktoranturaya qəbul planına əsasən, 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

 

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2018-ci  il fevralın 15-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək magistratura və doktorantura şöbəsində qəbul ediləcək.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin  sənədlərlə iş şöbəsinə təqdim olunmalıdır:

 

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinin adına ərizə;

 

- kadrların şəxsi-qeydiyyat vərəqi;

 

- tərcümeyi-hal;

 

- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

 

- iş yerindən və ya fakültədən xasiyyətnamə;

 

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur);

 

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

 

-şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin  sənədlərlə iş şöbəsinə təqdim olunmalıdır:

 

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinin adına ərizə;

 

- kadrların şəxsi-qeydiyyat vərəqi;

 

- tərcümeyi-hal;

 

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 

- iş yerindən xasiyyətnamə;

 

- əmək kitabçasından çıxarış;

 

- müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

 

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

 

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması barədə şəhadətnamə);

 

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

 

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsilin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilərlər.

 

Dissertantlıq yolu ilə təhsil müddətini başa çatdıran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

 

Doktoranturada tam təhsil müddətini başa çatdırmış şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

 

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik
olmalıdırlar.

 

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçı aşağıdakı sənədləri “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin  sənədlərlə iş şöbəsinə təqdim etməlidir:

 

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinin adına ərizə;

 

- kadrların şəxsi-qeydiyyat vərəqi;

 

- tərcümeyi-hal;

 

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 

- iş yerindən xasiyyətnamə;

 

- əmək kitabçasından çıxarış;

 

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur)

 

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqqında sənədlərin tanınması barədə şəhadətnamə);

 

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

 

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.

 

Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçı aşağıdakı sənədləri “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin  sənədlərlə iş şöbəsinə təqdim etməlidir:

 

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinin adına ərizə;

 

- kadrların şəxsi-qeydiyyat vərəqi;

 

- tərcümeyi-hal;

 

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 

- iş yerindən xasiyyətnamə;

 

- əmək kitabçasından çıxarış;

 

- müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

 

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

 

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması barədə şəhadətnamə);

 

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

 

Ünvan: Abşeron rayonu, Bakı-
Şamaxı şosesinin 20-ci kilometri.

 

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Elmi-praktik və tədris məqsədli təcrübi istehsalat kompleksi

 

tel: (+994 12) 341 01 84

 

fax: (+994 12) 341 01 82

 

E mail: info@mntm.az

 

www.mntm.az

 

 

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə

 

 

 

İxtisasın şifri


İxtisasın adı


Fəlsəfə doktoru hazırlığı üzrə


Elmlər doktoru hazırlığı üzrə


doktoranturaya qəbul planı


dissertanturaya qəbul planı


doktoranturaya
qəbul planı


cəmi


o cümlədən:


cəmi


o cümlədən:


cəmi


 o cümlədən:


büdcə


hesabına


büdcə


hesabına


ödənişli əsaslarla


büdcə


hesabına


əyani


qiyabi


əyani


qiyabi


 “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC


 


2207.01


Atom və nüvə fizikası


 


1


 


 


 


 


 


 


1


2225.01


Radiasiya materialşünaslığı


1


 


1


 


 


 


1


2305.01


Nüvə kimyası


1


 


1


 


 


 


1


Yekun:


3


3


 


2


2


 


3


 


3