Dosta göndər

06.12.2016

Nazir Neftçalada vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  09.12.2016-cı il tarixində saat    1200-da Neftçala şəhərində Neftçala, Salyan, Biləsuvar, Cəlilabad  və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Neftçala rayonunda                  02126 33628

Salyan rayonunda                     02125 50615

Biləsuvar rayonunda                02529 51335

Cəlilabad rayonunda                02524 52248

Cəbrayıl rayonu  üzrə               02638 43799

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.