Dosta göndər

30.09.2015

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsinin ELANI

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə"də müəyyən edilmiş innovativ və tətbiqi elmi-texniki İKT layihələrinin aşağıdakı prioritet istiqamətləri üzrə kiçikhəcmli qrant müsabiqəsi elan edir: 

  1. Mütərəqqi proqram təminatının hazırlanması;
  2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
  3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;
  4. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
  5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı. 

 
Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər: 
 
1. Hər bir layihə müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;
2. Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları"na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş "Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları"na uyğun tərtib olunmalıdır; 
 
3. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;
4. Layihə rəhbəri müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.
 
 
Layihələrin qəbul qaydaları: 
 
Layihələr yalnız Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər.
 
Müsabiqənin müddəti: 
 
Layihələrin qəbulu 2 oktyabr 2015-ci il tarixdən başlayır və 2 noyabr 2015-ci il tarixdə başa çatır.
 
Layihələrin qəbulu üçün son tarix: 2 noyabr 2015-ci il, saat 18:00.
 
Əlaqə:
 
 
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 4
 
Telefon: (+99412) 5383787
 
Faks: (+99412) 5383789
 
Elektron poçt: info@ictfund.gov.az
 
Rəsmi internet səhifəsi: www.ictfund.gov.az