Dosta göndər

04.03.2015

“Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair açıq tender elan edildi

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti 
"Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması"na dair
açıq tender elan edir:
 
 
"Azərkosmos" ASC "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması"na dair açıq tender keçirir və telekommunikasiya peyk istehsalçılarını tenderdə iştirak etməyə dəvət edir.
 

  • Tenderin dili

 
Tenderin əsas şərtlər toplusu Azərbaycan və ingilis dillərində tərtib olunub.
 

  • İxtisas göstəriciləri

 
Tenderdə iştirak etmək üçün müraciət edənin göstəriciləri aşağıdakı meyarlara uyğun olmalıdır:
 

  • satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;

 

  • maliyyə durumu qənaətbəxş olmalı;

 
 

  • satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş (və bu tenderin əsas şərtlər toplusu ilə daha ətraflı müəyyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı;

 

  • texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;

 
 

  • vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

 

  • Tələb olunan sənədlər

 
Tenderdə iddiaçı kimi iştirak və Tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər, "13"mart 2015-ci il Bakı (Azərbaycan) vaxtı ilə saat 18:00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
 

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;

 

  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • konfidensiallıq haqqında müqavilənin imzalanmış əsli (belə sənəd olmadıqda, müqavilə layihəsinin formasını elanın sonunda qeyd edilən şəxslərə müraciət edibəldə etmək olar).

 
Bundan sonra isə, aşağıdakı sənədlərTender Prosedurunun başlanmasına ən azı 7 (yeddi) bank günü qalmıştəqdim edilməlidir:
 
 

  • şirkətin tam adı, hüquqi statusu, rekvizitləri, təsis olduğu ölkənin səlahiyyətli dövlət orqanında qeydiyyata alınmış nizamnaməsi (bu olmadıqda isə, digər ekvivalent sənədi);

 

  • şirkətin Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) və ya Ümumi Qəbul EdilmişMühasibatUçotuPrinsipləri (GAAP) əsasında hazırlanmış kənar audit hesabatı və ən sonuncu il üzrə maliyyə hesabatları.

 

  • İştirak haqqı

 
Tenderdə iştirak haqqı20000 (iyirmi min) ABŞ dollarıtəşkil edir və heç bir halda geri qaytarılmır.Tenderdə iştirak haqqı "Azərkosmos" ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:
 
Benefisiar: "Azərkosmos" ASC

H/h: AZ87AIIB33160018401802747118 (USD)

Bankın adı/ünvanı: Kapital Bankın Rabitə filialı,

Həsən Əliyev küçəsi 82, Bakı, Azərbaycan

SWIFТ: AİİBAZ2X

Vasitəçi bank: CitibankN.A. / New York, USD

M/h: 36089289

SWIFТ:CITIUS33
 

  • Tender təklifinin qüvvədə olma müddəti

 
180 gün.
 

  • Tender təklifinin təminatı

 
Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətininən azı 1% (bir faiz) məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır. Bank zəmanətinin mövcudluğu Azərbaycanda məqbul sayılan yerli bankda SWIFT vasitəsi ilə təsdiqlənməlidir.
 
7.İcra müddəti
 
 
Müqavilə üzrə işlər2017-ci ilin sonunadək tamamlanmalıdır: yerüstü avadanlıqların quraşdırılması ən geci 2017-ci ildə tamamlanmalı və ən geci 2017-ci ilin sonunadək peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməlidir.
 
8.Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər
 
 
Qalib iddiaçı, hər bir tender təklifininvə iddiaçınıntenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində, maliyyə, texniki,ixtisasmeyarları əsasında,habelə Ku- və Ka- radiotezlik zolaqlarında geo-stasionar orbitdə istismar olunan telekommunikasiya peyk və əlaqədar yerüstü avadanlıqlardan ibarət peyk sistemlərinin istismara verilməsi sahəsində təcrübəsi nəzərə alınaraq,seçiləcəkdir.
 
9.Təklifin təqdim olunması üçün son gün
 
 
Tender təklifi və bank zəmanəti "22"aprel2015-ci il Bakı (Azərbaycan) vaxtı ilə saat 18:00-a qədər "Azərkosmos" ASC-yə (ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72, 5-ci mərtəbə) təqdim edilməlidir.
 
10. Tender prosedurunun tarixi
 
 
Tender proseduru "23"aprel2015-ci il Bakı (Azərbaycan) vaxtı iləsaat 11:00-da"Azərkosmos" ASC-nin böyük iclas zalında (ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi72, 5-ci mərtəbə) başlayacaqdır.
 
 
11. Tender barədə əlavə məlumat almaq üçün "Azərkosmos" ASC-yə müraciət edə bilərsiniz
 
a) elektron poçtla
Email:samaddin.asadov@azercosmos.az
Tender komissiyasının sədri - Saməddin Əsədov
 
surəti:
arzu.guliyeva@azercosmos.az
Satınalmalar üzrə baş mütəxəssis - Arzu Quliyeva
 

arzu.mammadova@azercosmos.az
Hüquq şöbəsinin böyük hüquqşünası - Arzu Məmmədova
 
b) telefonlar: (+994) 12 5650055
 
 

 
"Azərkosmos" ASC-nin Tender komissiyası


Komissiyanın sədri:

S. Əsədov

"Azərkosmos" ASC-nin
Korporativ maliyyə şöbəsinin müdiri

 
_____________

 
Komissiyanın sədr müavini:

Vesley Vong

"Azərkosmos" ASC-nin
Baş texniki direktoru

 
_____________

 
Komissiyanın üzvləri:

İ. Abdullayev

"Azərkosmos" ASC-nin
Hüquq şöbəsinin müdiri

 
_____________

F. Əliyev

"Azərkosmos" ASC-nin Peyk və yerüstü sistemlər şöbəsinin Peyk əməliyyatları qrupunun aparıcı peyk mühəndisi

 
 
_____________

B. Məmmədov

"Azərkosmos" ASC-nin Peyk və yerüstü sistemlər şöbəsinin Peyk sistemləri qrupunda aparıcı müştəri mühəndisi

 
 
_____________

A. Quliyeva

"Azərkosmos" ASC-nin Ümumi şöbəsinin satınalmalar üzrə baş mütəxəssisi

 
_____________

 

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndələri:



N. Cəfərov

RYTN-nin İnfrastrukturun inkişafı şöbəsinin Telekommunikasiya sektorunun müdiri

 
_____________

M.Abbasov

"Teleradio" İB-nin texniki direktoru

_____________

 

 

 

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) nümayəndəsi:

Eynulla Lazımov

İSN-nin Dövlət İnvestisiyaları şöbəsinin İnfrastruktur yönümlü dövlət investisiya layihələri sektorunun müdiri

 
 
_____________

 

 

 

Maliyyə Nazirliyinin (MN) nümayəndəsi:

Emin Əliyev


MN-ninİqtisadi sahələrin maliyyə şöbəsininKommunikasiya və xidmət sahələrinin maliyyəsi sektorunun müdiri

 
 
_____________