Dosta göndər

06.03.2014

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının elanı:

Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan “İdeyaların bazara çıxarılması” və “Qlobal iddialar, qlobal satış” mövzularında təşkil olunacaq təlim kurslarında  iştirak etməyə dəvət edir. Təlimlər biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının artımının dəstəklənməsinə yönələn proqramın bir hissəsi olaraq “YT Park” Azərbaycan tərəfindən təşkil edilmişdir.

 

Təlim kurslarının məqsədi  Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə öz məhsullarının satışını  və  xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etməkdir.

 

Kurslar Texnoloji Sahibkarlıq Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, hazırda Barselonada yerləşən “ESADE” Biznes məktəbində fəaliyyət göstərən professor Kennet P.Morse tərəfindən aparılacaq. K.Morse dünya üzrə 10.000-dən artıq sahibkar üçün təlim proqramlarını və  20-dən artıq  ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini  də həyata keçirmişdir.

 

Təlim kursları  2014-cü il  10  mart  və 14-15 aprel tarixlərində Bakı  şəhərində (Nizami küç., 203b, “AF Business House”, 3-cü mərtəbə) keçiriləcəkdir.

 

www.entrepreneur.az/