Dosta göndər

Standartlaşdırma

 

Qlobal informasiya cəmiyyətinə inteqrasiyanın, bilik və məlumatların istehsalının, yayılmasının və istifadəsinin əsas təminatçısı informasiya və kommunikasiya texnologiyalarıdır. Bu gün İKT-nin sürətli yüksəlişi və geniş tətbiqi sosial-iqtisadi inkişafın prioritet məsələlərindəndir və onun həllində standartlaşdırmanın rolu böyükdür. Bu baxımdan telekommunikasiya və informasiya texnologiyaları sahəsində optimallıq, şəffaflıq, səmərəlilik və məqsədəuyğunluq prinsiplərinə əsaslanan standartların işlənib hazırlanması və inkişaf etdirilməsi zərurətə çevrilməkdədir.

 

Azərbaycanda İKT-nin inkişafına təkan vermək məqsədilə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların hazırlanması, ekspertizası, razılaşdırılıması və onlardan istifadənin səmərəliliyinin artırılması ilə bağlı işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə əmri ilə yaradılan və 2008-ci ilin avqustundan fəaliyyət göstərən Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən həyata keçirilir. Ölkənin İKT sahəsində aparıcı dövlət, özəl, elmi-tədris müəssisələri TK 05-in üzv təşkilatlarının sırasında təmsil olunur və onun baza təşkilatı rolunda RYTN-in Məlumat Hesablama Mərkəzi çıxış edir.

 

Dünya təcrübəsində müasir texnologiyaların tətbiqini genişləndirməklə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas vasitəsi “Elektron hökümət”in formalaşdırılmasıdır. Bu reallıqdan irəli gələrək Azərbaycan Respublikasında da «E-hökumət»in tətbiqi üzrə intensiv işlər aparılmaqdadır. “E-hökümət”in mühüm tərkib hissəsi olan dövlət informasiya sistemləri və resurslarının yaradılması, inteqrasiyası və təhlükəsizliyinin təmin edilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində e-xidmətlərin göstərilməsi, habelə bu sahədə peşəkar mütəxəssislərin hazırlanması müvafiq standartlar bazasının yaradılmasını şərtləndirir. Bu səbəbdən informasiya təhlükəsizliyi və informasiya texnologiyaları terminologiyası milli standartların hazırlanması prioritet istiqamət kimi müəyyənləşdirimişdir. TK 05 tərəfindən qeyd olunan sahələrdə mövcud beynəlxalq standartlara əsasən hazırlanmış Azərbaycan milli standartları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınaraq tətbiq olunmaqdadır:

 

  • AZS 419-2010 (ISO/IEC 2382-1) “İnformasiya Texnologiyaları. Hissə 1. Əsas terminlər”,
  • AZS 420-2010 (ISO/IEC 2382-8) “İnformasiya Texnologiyaları. Hissə 8. Təhlükəsizlik”,
  • AZS 421-2010 (ISO/IEC 2382-9) “İnformasiya Texnologiyaları. Hissə 9. Verilənlərin ötürülməsi”,
  • AZS 422-2010 (ISO/IEC 2382-17) “İnformasiya Texnologiyaları. Hissə 17. Verilənlər bazaları”,
  • AZS 423-2010 (ISO/IEC 2382-25) “İnformasiya Texnologiyaları. Hissə 25. Lokal şəbəkələr”,
  • AZS 424-2010 (ISO/IEC 2382-27) “İnformasiya Texnologiyaları. Hissə 27. Ofisin avtomatlaşdırılması”,
  • AZS 643-2012 (ISO/IEC 2382-7:2000) “İnformasiya Texnologiyaları. Hissə 7. Kompüter proqramlaşdırılması”,
  • AZS 644-2012 (ISO/IEC 2382-28:1995) “İnformasiya Texnologiyaları. Hissə 28. Süni intellekt – Əsas anlayışlar və ekspert sistemləri”,
  • AZS 645-2012 (ISO/IEC 2382-34:1999) “İnformasiya Texnologiyaları. Hissə 34. Süni intellekt – Neyron şəbəkələri”
  • AZS 324-2008 (ISO/IEC 27002-2005) İnformasiya texnologiyası. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə əməli qaydalar.
  • AZS 325-2008 (x.509) İnformasiya Texnologiyaları – Açıq Sistemlərin Qarşılıqlı Əlaqəsi – Direktoriya: Açıq açar və atributlar sertifikatı infrastrukturu.
  • AZS 356.1-2009 (ISO/IEC 15408-1:2005) İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 2)
  • AZS 356.2-2009 (ISO/IEC 15408-2:2005) İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 2)
  • AZS 356.3-2009 (ISO/IEC 15408-3:2005) İnformasiya Texnologiyası. Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri. İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə meyarları. (Hissə 3)
  • AZS 492-2010 (ISO/IEC 27005-2008) İnformasiya texnologiyaları – Təhlükəsizlik metodları – İnformasiya təhlükəsizliyi risklərinin idarə olunması
  • AZS 493-2010 (ISO/IEC  TR 18044-2007) İnformasiya texnologiyası – Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri – İnformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması”
  • AZS 494-2010 (ISO/IEC 27001-2005) İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər
  • AZS 495-2010 Azərbaycan əlifbası hərflərinin dildən asılı klaviatura düzümü
  • AZS 496-2010 Azərbaycan əlifbası hərflərinin dildən asılı olmayan klaviatura  düzümü
  • AZS 497-2010 (ISO/IEC 11770-1) İnformasiya texnologiyaları – Təhlükəsizlik metodları – Açarların idarə olunması. Hissə 1: Struktur
  • AZS İSO/İEC 27000-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. İcmal və sözlük"
  • AZS İSO/İEC 27003-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi üzrə təlimat"
  • AZS İSO/İEC 27004-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi. Ölçmə"
  • AZS İSO/İEC 27006-2012 "İnformasiya texnologiyası - Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərinin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlar üçün tələblər"
  • AZS İSO/İEC 27033-1-2012 "İnformasiya təhlükəsizliyi - Təhlükəsizilik metodları. İT şəbəkə təhlükəsizliyi. Hissə 1: İcmal və anlayışlar"
  • AZS  ETSI EN 300 744 -2012 Rəqəmli Videoyayım (DVB); Rəqəmli yerüstü televiziya üçün kadr strukturu, kanal kodlaşması və modulyasiya.
  • AZS IEC 62216-2013 DVB-T sistemi üçün yerüstü rəqəmli  televiziya qəbulediciləri.
  • AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı”
  • AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi”