Dosta göndər

Sertifikatlaşdırma

Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-cı il 21 avqust tarixli (əlavə və dəyişikliklərlə) 175 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının əsas vəzifəsi respublikada telekommunikasiya vasitələri və qurğuları bazarının yaradılması və saxlanılması, telekommunikasiya vasitələri və qurğularının texniki parametrlərinin Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) tələblərinə, milli, beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsi faktını müəyyənləşdirməkdir.

 

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının əsas məqsədi bunlardır:


Vahid əmtəə bazarında müəssisə və təşkilatların fəaliyyəti üçün lazımi şəraitin yaradılması;

  • QTŞ-də tətbiq etmək üçün telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi;

  • İstehlakçıların keyfiyyətli məhsulun alınmasında köməklik göstərilməsi;

  • İstehlakçılara keyfiyyətsiz mal hazırlayan istehlakçılardan müdafiə olunması;

  • Telekommunikasiya vasitələri və qurğularının texniki səviyyəsinin və keyfiyyət göstəricilərinin, elektromaqnit uzlaşması da daxil olmaqla istehlakçıların tələbləri səviyyəsinə qaldırılması;

  • Daxili bazarda əsaslandırılmış rəqabət üçün şərait yaradılması;

  • Qabaqcıl texnologiyanın tətbiq edilməsinə şərait yaradılması.

     

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün ərizə forması.

 

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün tələb olunan sənədlər.

 

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün tələb olunan müddət 30 iş günüdür.