Dosta göndər

Lisenziyalaşdırma

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları xidmətləri üzrə lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa uyğun olaraq həyata keçirilir.

 

Rabitə xidmətlərinə lisenziyaların verilməsi qeyd olunan Qanunun 1 nömrəli “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir. 

 

 Fəaliyyət növü

Dövlət rüsumunun məbləği (manatla)

 Telefon (məftilli)

2 500

 Radiotrank və simsiz telefon

2 500

 İP-telefoniya (internet telefoniya)

50 000

 Ölkədaxili telekommunikasiya kanallarının təşkili

2 500

 Beynəlxalq telekommunikasiya kanallarının təşkili

5 500

 Məlumatların ötürülməsi (data)

3 000

 Sürətli poçt xidməti

1 250

 

Aşağıdakı fəaliyyət növləri üzrə lisenziyalar qeyd olunan Qanunun 2 nömrəli “Dövlət təhlükəsizliyindən irəli gələn hallarda lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nın 3-cü, 4-cü və 4-1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir. 

 

 

 Fəaliyyət növü

Dövlət rüsumunun məbləği (manatla)

 Biometrik texnologiyaların yaradılmasıvə həmin texnologiyalara xidmət göstərilməsi

1 100

 Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və

 informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi

1 100

 Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

 

                          1 000 000

 

 

“Naxcıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”na  (Əlavə № 4) aşağıdakı rabitə xidmətləri daxildir:

 

 telefon (məftilli)

 sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

 radiotrank və simsiz telefon

 İP-telefoniya (internet telefoniya)

 məlumatların ötürülməsi (data)

 sürətli poçt xidməti

 

Lisenziya almaq üçün müraciət edən ərizəçi,  “Lisenziyalaşdırma Qaydası”nın 3-cü bəndinə  uyğun olaraq, lisenziya verilməsi üçün tələb olunan sənədləri təqdim etməlidir. Ərizəçi tərəfindən təqdim edilmiş sənədlər araşdırılır,  lisenziyanın verilməsindən imtina üçün əsaslar müəyyən edilmədikdə, ərizəçiyə lisenziya verilir.  “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumunun ödənilməsi tələb olunduğu hallarda lisenziya müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdə verilir.

 

Lisenziyanın forması lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyi tərəfindən təsdiq olunur.

 

“Lisenziyalaşdırma Qaydası”nın 5.1-ci bəndinə əsasən lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməsinə nəzarəti sahəvi qanunlarla müəyyən olunmuş qaydada müvafiq nəzarət orqanı həyata keçirir. 

 

Lisenziya şərtlərinə riayət olunmasına nəzarət sahəsində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.