Dosta göndər

Telefon

*- Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən əsas tariflərlə yanaşı, əhali və təşkilatlara göstərilən servis xidmətlərinin və digər əlavə telefon rabitəsi xidmətlərinin tarifləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, telekommunikasiya operatorları tərəfindən sərbəst şəkildə tənzimlənir.

02.12.2013

Taksofonlardan həyata keçirilən telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 10

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI 

QƏRAR №10 

Bakı şəhəri, 2 dekabr 2013-cü il  

Taksofonlardan həyata keçirilən telefon rabitəsi xidmətlərinin tariflərinin

tənzimlənməsi barədə  

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Taksofonlardan həyata keçirilən telefon danışıqlarının tarifləri ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilsin:

İstiqamətlər

Tariflər

(qəpik/dəqiqə)

 I  II  III
 
1 Şəhərdaxili 2,0
 
2 Şəhərlərarası 5,0
 
3 Beynəlxalq 32,0 
 
2. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

*- Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən əsas tariflərlə yanaşı, əhali və təşkilatlara göstərilən servis xidmətlərinin və digər əlavə telefon rabitəsi xidmətlərinin tarifləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, telekommunikasiya operatorları tərəfindən sərbəst şəkildə tənzimlənir.

02.12.2013

Şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinin tarifinin tənzimlənməsi barədə

QƏRAR № 11

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №11

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinin tarifinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonları vasitəsilə həyata keçirilən şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinin tarifi bir sifariş üzrə ƏDV daxil olmaqla kənd yerləri üçün 5 qəpik, şəhər və rayon mərkəzləri üçün 10 qəpik təsdiq edilsin.

2. Müəyyən edilsin ki, “107” sifariş xidmətinin haqqı bu xidmətlə həyata keçirilən şəhərlərarası və beynəlxalq telefon danışıqları üzrə ödənişə əlavə edilir.

3. Bu qərarla təsdiq edilən tarif mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinə şamil olunur.

4. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

*- Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən əsas tariflərlə yanaşı, əhali və təşkilatlara göstərilən servis xidmətlərinin və digər əlavə telefon rabitəsi xidmətlərinin tarifləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, telekommunikasiya operatorları tərəfindən sərbəst şəkildə tənzimlənir.

02.12.2013

Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə

QƏRAR № 5

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №5

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından istifadəyə görə aylıq abunə haqları ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilsin:

İstehlakçı qrupu

Tariflər

(manat)

I

II

III

1.

Əhali

2,5

2.

Qeyri-əhali

7,0

2. Bu qərarla təsdiq edilən tariflər mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarına şamil olunur.

3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” 14 may 2007-ci il tarixli 13 nömrəli Qərarı ləğv edilsin.

4. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

*- Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən əsas tariflərlə yanaşı, əhali və təşkilatlara göstərilən servis xidmətlərinin və digər əlavə telefon rabitəsi xidmətlərinin tarifləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, telekommunikasiya operatorları tərəfindən sərbəst şəkildə tənzimlənir.

02.12.2013

Faks aparatından istifadəyə görə aylıq abunə haqqının tənzimlənməsi barədə

QƏRAR № 9

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №9

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Faks aparatından istifadəyə görə aylıq abunə haqqının

tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Şəbəkəyə qoşulan hər bir faks aparatından istifadəyə görə aylıq abunə haqqı ƏDV daxil olmaqla 50 qəpik təsdiq edilsin.

2. Bu qərarla təsdiq edilən tarif mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarına şamil olunur.

3. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

*- Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən əsas tariflərlə yanaşı, əhali və təşkilatlara göstərilən servis xidmətlərinin və digər əlavə telefon rabitəsi xidmətlərinin tarifləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, telekommunikasiya operatorları tərəfindən sərbəst şəkildə tənzimlənir.

02.12.2013

Sabit şəbəkə operatorları tərəfindən ölkə daxilində təşkil olunan rəqəmli rabitə kanallarından aylıq istifadə tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 4

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI 

QƏRAR №4 

Bakı şəhəri, 2 dekabr 2013-cü il 

Sabit şəbəkə operatorları tərəfindən ölkə daxilində təşkil olunan rəqəmli rabitə kanallarından aylıq istifadə tariflərinin tənzimlənməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit şəbəkə operatorlarının müvafiq obyektlərindəki kanalyaradıcı avadanlığa qoşulmaqla rəqəmli rabitə kanalından (portundan) istifadə xidmətləri üzrə aylıq tariflər ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilsin:

Tutumun həcmi

Tariflər (manat)

1.

32 kb/s

4,0

2.

128 kb/s

9,0

3.

256 kb/s

14,0

4.

512 kb/s

20,0

5.

1 mb/s

30,0

6.

2 mb/s

50,0

7.

10 mb/s

250,0

8.

100 mb/s

400,0

2. Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit şəbəkə operatorları tərəfindən ölkə daxilində təşkil olunan rəqəmli rabitə kanallarına qoşulma haqqı tutumdan asılı olmayaraq ƏDV daxil olmaqla 50,0 manat təsdiq edilsin.

3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:

3.1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 dekabr 2002-ci il tarixli iclasının qərarına əsasən 4 nömrəli Protokol ilə təsdiq edilmiş “Bölmə IV - Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”;

3.2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 dekabr 2002-ci il tarixli iclasının qərarına əsasən 4 nömrəli Protokol ilə təsdiq edilmiş “Bölmə IV - Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”ə 23 may 2003-cü il tarixli iclasının qərarına əsasən 5 nömrəli Protokolu ilə təsdiq edilmiş dəyişikliklər;

3.3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Bölmə III - Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”;

3.4. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 yanvar 2005-ci il tarixli iclasının qərarına əsasən təsdiq edilmiş 11 nömrəli Protokolunun “1 saylı “Rabitə xidmətləri üçün tariflər” preyskurantının IV ”Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər” bölməsinə dəyişiklik edilməsi barədə” hissəsi;

3.5. “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Bölmə IV “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tarifləri”nə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 aprel 2008-ci il tarixli 4 nömrəli Qərarı;

3.6. “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2002-ci il 23 dekabr tarixli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə xidmətləri üzrə “Bölmə IV “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”ə və 2004-cü il 23 iyul tarixli Bölmə III “Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”ə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2008-ci il tarixli 8 nömrəli Qərarı.

4. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

*- Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən əsas tariflərlə yanaşı, əhali və təşkilatlara göstərilən servis xidmətlərinin və digər əlavə telefon rabitəsi xidmətlərinin tarifləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, telekommunikasiya operatorları tərəfindən sərbəst şəkildə tənzimlənir.

02.12.2013

Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 6

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 QƏRAR №6 

Bakı şəhəri, 2 dekabr 2013-cü il 

Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Mobil və sabit şəbəkə telefonlarından həyata keçirilən beynəlxalq telefon danışıqlarının tarifi ƏDV daxil olmaqla 32 qəpik/dəqiqə təsdiq edilsin.

2. Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu qərarın 1-ci bəndi ilə müəyyən olunmuş tarifə 0,75 əmsalı tətbiq edilsin.

3. Bu qərarla təsdiq edilən tariflər mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinə (taksofonlar istisna olmaqla) şamil olunur.

4. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Respublika ərazisində sabit şəbəkə telefonlarından aparılan şəhərlərarası və beynəlxalq telefon danışıqlarının və mobil şəbəkə telefonlarından aparılan beynəlxalq telefon danışıqlarının tarifləri barədə” 14 may 2007-ci il tarixli 14 nömrəli Qərarı ləğv edilsin.

5. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

*- Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən əsas tariflərlə yanaşı, əhali və təşkilatlara göstərilən servis xidmətlərinin və digər əlavə telefon rabitəsi xidmətlərinin tarifləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, telekommunikasiya operatorları tərəfindən sərbəst şəkildə tənzimlənir.

02.12.2013

Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 7

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI 

QƏRAR №7

Bakı şəhəri, 2 dekabr 2013-cü il 

Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından həyata keçirilən şəhərlərarası telefon danışıqlarının tarifi ƏDV daxil olmaqla 5 qəpik/dəqiqə təsdiq edilsin.

2. Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu qərarın 1-ci bəndi ilə müəyyən olunmuş tarifə 0,8 əmsalı tətbiq edilsin.

3. Bu qərarla təsdiq edilən tariflər mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinə (taksofonlar istisna olmaqla) şamil olunur.

4. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

*- Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən əsas tariflərlə yanaşı, əhali və təşkilatlara göstərilən servis xidmətlərinin və digər əlavə telefon rabitəsi xidmətlərinin tarifləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, telekommunikasiya operatorları tərəfindən sərbəst şəkildə tənzimlənir.

02.12.2013

Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətinin tarifinin tənzimlənməsi barədə

QƏRAR № 8

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №8

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətinin tarifinin

tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətinin tarifi (telefon nömrəsinin verilməsi və şəbəkəyə qoşulma daxil olmaqla) ƏDV ilə 30,0 manat təsdiq edilsin.

2. Bu qərarın birinci bəndi ilə müəyyən edilmiş tarifə 100 metr məsafəyədək şəbəkəyə qoşulmaq üçün bütün xərclər daxildir.

3. Bu qərarla təsdiq edilən tarif mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətlərinə şamil olunur.