Dosta göndər

Ölkələrarası əlaqələr

 

Əməkdaşlıq edilən ölkələrlə müxtəlif sahələr üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qurulmuş əlaqələrin təsbit olunması məqsədilə bilavasitə hökumət səviyyəsində, eləcə də müvafiq idarələrarası sazişlər və digər hüquqi sənədlər imzalanmışdır. Bu baxımdan rabitə və İKT sahəsi üzrə təkcə 2004-cü ildən bu günədək bilavasitə 65 sənəd imzalanmışdır ki, onlardan 16-sı hökumətlərarası olmaqla 19 saziş, 20 Anlaşma Memorandumu, 15 protokol, 11 digər əhəmiyyətli sənəd olmuş, 17 hökumət səviyyəsində imzalanmış sənəddə isə rabitə və İKT sahəsinə aid ayrıca maddələr nəzərdə tutulmuşdur. Hər bir sənədin icrasının həyata keçirilməsi ilə bağlı işçi qrupu və ya tədbirlər proqramı hazırlanaraq təsdiq olunmuş, qarşı tərəflərlə görüşlər keçirilərək əməkdaşlıq perspektivləri müzakirə və müəyyən edilmiş, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilmişdir.

 

İlkin dövrlərdə iqtisadi inteqrasiyanı sürətləndirmək, hazırda isə ölkə rəhbərliyi tərəfindən təşviq olunan investisiya ixracını artırmaq məqsədilə Azərbaycanda və müxtəlif ölkələrdə (ABŞ - Azərbaycan, Azərbaycan - İsrail, Azərbaycan – Estoniya, Belarus – Azərbaycan, Kuba – Azərbaycan, ABŞ-Azərbaycan, Fransa-Azərbaycan, Avstriya-Azərbaycan və s. kimi) biznes forumları keçirilmiş, rabitə və İKT sahəsinə investisiya qoyuluşu, habelə bu sahədə fəaliyyət göstərən yerli şirkətlərin dünya bazarına çıxışı üçün uyğun şərait yaradılmışdır.

 

Azərbaycanın daim müstəqil siyasət yürütməsinin və ən yüksək məqamlardan öz ədalətli və konstruktiv mövqeyinin nümayiş etdirməsinin əsas təminatlarından biri kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarda təmsil olunmanın vacibliyi nəzərə alınaraq, rabitə və İKT sahəsində dünya arenasında aparıcı yer tutan təşkilatlarda iştirak yüksələn xətt üzrə davam etdirilmişdir. Belə ki, ötən illər ərzində də müxtəlif səviyyəli beynəlxalq təşkilatlarla və onların dəstəyi ilə keçirilən tədbirlərdə (“ITU Telecom World”, CEBİT və s.) ölkəmiz yüksək səviyyədə təmsil olunmuşdur.