Dosta göndər

Dağlıq Qarabağ

Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın ən qədim torpaqlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid yerlər aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıxantrop adlı primitiv Azıx adamının çənə sümüyü tapılmışdır. Çox guman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar. Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Alban dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində əhəmiyyətli dəyişikliklər baş verdi. Ərəb işğalının nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi. XIX əsrin əvvəllərində Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğalından sonra Eçmiədzinin təzyiqi və israrlı müraciətləri nəticəsində Rus çarının Alban Katalikosunun ləğvi barədə qərarı Qarabağ yüksəkliklərinin Alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu.

 

Qarabağ Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi ərəblərin işğalından sonra Azərbaycanda biri birini əvəz etmiş müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur.

 

Azərbaycan Səfəvilər Dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər Dövlətinin mövcudluğuna son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi.

 

Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli Bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Rusiya silahlı qüvvələrinin komandiri P.D.Sisianov ilə Kürəkçayda müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi Qarabağın, onun dağlıq bölgəsi də daxil olmaqla, tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir.

 

Şimali Azərbaycanın işğalından sonra bu torpaqlarda mövqeyini möhkəmləndirmək məqsədi ilə çarizm erməniləşdirmə siyasətini tətbiq etməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İran və Türkiyədən köçürülmüş ermənilər Qarabağ da daxil olmaqla Şimali Azərbaycanda məskunlaşdırıldılar.

 

1918-ci il mayın 28-də, təxminən 100 illik Rusiya müstəmləkəsindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı.

 

Eyni zamanda, yeni yaranmış Ermənistan (Ararat) respublikası da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Qarabağı ələ keçirmək məqsədi ilə bu dövrdə ermənilər əvvəllər də həyata keçirdikləri soyqırım aktlarını törətməyə davam etdilər. Vəziyyətlə əlaqədar olaraq, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Baş Qarabağ Əyalətini yaratdı.

 

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet dövlətinin bərqərar olmasından bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi. Sovetləşdirildikdən sonra Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə məcbur edildi.

 

Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölündü. Bütün bu tarixi ədalətsizliklərə baxmayaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi, sosial, iqtisadi və mədəni inkişafını təmin etmək üçün Azərbaycan bu bölgədə kompleks islahatlar həyata keçirdi. Amma yenə də erməni separatçıları öz mənfur siyasətlərini həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa davam etdilər. SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.

1987

 

18 noyabr - Kreml rəsmisi A.Aqanbekyanın Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (bundan sonra DQMV) Ermənistan SSR-ə birləşdirilməsinin məqsədəuyğunluğu barədə bəyanatı. Bu bəyanat münaqişənin qızışmasında böyük rol oynadı.

 

Noyabr-dekabr - Yerevanda (Ermənistan) DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsinə səsləyən nümayişlər.

 

1988

 

Yanvar - Azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə kütləvi de-portasiyasının başlanması. Hakimiyyət orqanlarının qərarı ilə bu qaçqınlar Bakıda və Sumqayıtda yerləşdirildilər.

 

Fevral - Münaqişənin ilk qurbanları: Əskəranda (Dağlıq Qarabağ) 2 gənc azərbaycanlı öldürüldü.

 

28-29 fevral - Sumqayıtda ermənilər, azərbaycanlılar və ruslar da daxil olmaqla 32 nəfərin ölümü ilə nəticələnən kütləvi iğtişaşlar. Sumqayıtdakı iğtişaşlarda aparıcı fiqurlardan biri ermənilərə qarşı qətl və zorakılıq hallarına birbaşa cəlb olunmuş, Sumqayıtda anadan olmuş erməni Edvard Qriqoryan idi. Sumqayıt hadisələri anti-Azərbaycan kampaniyasına başlamaq və beləliklə Azərbaycana qarşı təcavüzə bəraət qazandırmaq üçün Ermənistan rəhbərliyinə lazım idi;

 

18 iyul - SSRİ Ali Sovetinin plenumu DQMV-ni Azərbaycan SSR-in ayrılmaz hissəsi kimi təsdiq etdi;

 

27-29 noyabr - Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilmiş qırğın nəticəsində 33 azərbaycanlı qətlə ye-tirildi;

 

Dekabr - 220.000-dən çox etnik azərbaycanlı Ermənistan SSR-dəki doğma tor-paqlarından zorla qovuldular;

 

1989

 

29 iyul - Azərbaycanla Ermənistanı birləşdirən dəmir yolu Ermənistanın ərazisində qatarlara edilən hücumlarla əlaqədar bağlandı. Azərbaycanın Naxçıvan MR-nın Ermənistan tərəfindən blokadasının başlanğıcı;

 

1 dekabr - Ermənistan SSR Ali Şurası «Ermənistan SSR və DQMV-nin birləşdirilməsi haqqında» qətnamə qəbul etdi. Beləliklə, Ermənistan, SSRİ Kon-stitusiyasını pozaraq, İttifaqın başqa dövlətinin ərazisinə qarşı rəsmi iddia irəli sürdü;

 

1990

 

13 yanvar - SSRİ Daxili İşlər Nazirliyi qoşunlarının qərarı ilə Bakı polisinin tərksilah olunması. Bu qərar nəticəsində növbəti günlər ərzində (13-16 yanvar) Bakıda iğtişaşların qarşısını almaq mümkün olmadı;

 

20 yanvar - Sovet ordusu Bakını işğal etdi və yüzlərlə yerli dinc sakini qətlə ye-tirdi. Bu vəhşiliyin ilk qurbanları uşaqlar, qadınlar və qocalar oldu. Rəsmi məlumatlara görə, təxminən 150 nəfər öldürüldü, 700 nəfər yaralandı;

 

1991

 

2 sentyabr - Ermənilər Azərbaycan Respublikasının ərazisində «Dağlıq Qarabağ Respublikası»nın yaradıldığını elan etdilər. «Dağlıq Qarabağ Respublikasının özünü müdafiə qüvvələri» adı altında təxminən 15.000 nəfərdən ibarət olan qanunsuz silahlı qruplar yaradıldı.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri keçmiş Sovet İttifaqının 366-cı alayının dəstəyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən, ərazisi 0,94 kv.km, əhalisi isə münaqişədən əvvəl 23.777 nəfər olan Xocalı şəhərini işğal etdilər.

 

Faciə baş verənə qədər şəhərdə qalan əhali (təxminən 2500 nəfər) hücum ba-şlayandan sonra yaxınlıqda yerləşən və əsasən azərbaycanlıların məskunlaşdığı yerlərdən birinə qaçmaq ümidi ilə evlərini tərk etməyə məcbur oldular. Lakin bu planlar baş tutmadı. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi vəhşiliklə şəhərin dinc əhalisini qırdılar.

 

Xocalının yüzlərlə dinc sakininin qəddarcasına öldürülməsi Azərbaycan Respub-likasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafında baş verən silahlı münaqişədə törədilmiş ən dəhşətli cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri və muzdlu birləşmələr Xocalıdan və ətraf ərazilərdən qaça bilməyən sakinlərdən, demək olar ki, heç birinə rəhm etmədilər. Nəticədə 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla 613 nəfər öldürüldü. 1,275 nəfər sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Faciə zamanı 487 Xocalı sakini tanınmaz hala salındı. Onlardan 76-sı bir yaşına çatmayan uşaqlar idi. 6 ailə tamamilə öldürüldü, 26 uşaq hər iki valideynini itirdi, 130 uşaq isə valideynlərindən birini itirdi. 56 nəfər xüsusi qəddarlıqla öldürüldü: diri-diri yandırıldı, başları kəsildi, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, hamilə qadınların qarınları deşildi.

 

Erməni rəsmiləri münaqişə zamanı, həmçinin Xocalı əhalisinə qarşı törədilmiş cinayətlərə məsuliyyəti rədd edir, faktları saxtalaşdırır və onları nəinki reallığa, hətta sadə məntiqə belə uyğun gəlməyən şəkildə şərh edir. Buna baxmayaraq, hətta ən müdrik təbliğat belə Ermənistan tərəfindən təqdim olunan faktlara diametrik şəkildə əks olan vəziyyəti təkzib etməyə qadir deyil.

 

Ermənistanın məsuliyyətini nəinki Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında olan əhəmiyyətli faktlar, həmçinin, bir çox beynəlxalq mənbələr, o cümlədən bu faciənin şahidləri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin ifadələri təsdiq edir.

 

Yuxarıda qeyd olunan faktlar təsdiq edir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərinin uşaqlar, qocalar və qadınlar da daxil olmaqla mülki əhalisinin qəsdən qətlə yetirilməsində məqsəd onların kütləvi şəkildə qırılması idi. Bunun isə bir səbəbi var idi: çünki onlar azərbaycanlı idilər. Xocalı şəhəri növbəti Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə etnik təmizləmə aparılması üçün bir mərhələ kimi seçilmişdi.

 

Konqressmen Dan Barton ABŞ Nümayəndələr Palatasında 2005-ci il fevralın 17-də çıxışında qeyd etmişdir: «Günahsız uşaq, qadın və qocalara qarşı bu vəhşi qəddarlıq heç bir ölçüyə gəlmir, lakin bu qəddarlıq Xocalı ilə qurtarmadı. Xocalı sadəcə birinci idi. Xocalıda törədilmiş vəhşiliklər və görünməmiş qırğınlar erməni qoşunlarının hələ bundan sonra edəcəkləri dağıntılar və etnik təmizləmələr üçün nümunə rolunu oynadı».

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

 

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına həsr olunmuş sayt

 

Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

 

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.

Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

İlkin məlumatlara görə, erməni təcavüzü nəticəsində Azərbaycan Respublikasına dəymiş ziyan 60 mlrd. ABŞ dollarına bərabərdir. Təcavüz nəticəsində ölkənin sosial-iqtisadi sahəsinə ciddi ziyan dəymişdir. Bəzi faktlar:

 

- işğal olunmuş ərazilərdə 6 şəhər, 12 şəhər tipli kənd, 830 qəsəbə, 700 xəstəxana və tibb məntəqələri yandırılmış və ya dağıdılmışdır;

 

- 150, 000-dən çox ev və mənzil dağıdılmış və talan olmuşdur;

 

- 4,866 sosial və səhiyyə obyektləri (693 orta məktəb, 855 məktəbəqədər müəssisə, 4 sanatoriya kompleksi və bəzi başqa dövlət səhiyyə strukturları dağıdılmışdır);

 

- 927 kitabxana talan edilmiş, 4,6 mln. kitab və qiymətli əlyazmalar yandırılmış yaxud məhv edilmişdir;

 

- 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi dağıdılmışdır;

 

- 6,000 istehsal, kənd təsərrüfatı və digər yönümlü fabrik və zavod talan edilmişdir;

 

- 1,200 km suvarma sistemi tamamilə dağıdılmışdır;

 

- 244,000 qoyun və 69,000 iribuynuzlu mal-qara işğal olunmuş ərazilərdən Ermənistana aparılmışdır;

 

- Azərbaycanın yay otlaqlarının 70%-i işğal altındadır;

 

- 35,000 abunəçinin telefon xətti, 2.500 transformator stansiyası və 15.000 km elektrik xətti oğurlanmışdır;

 

- 160 körpü, 800 km yol, 2,300 km su kəməri, 2,000 qaz kəməri və 35 qazpaylayıcı stansiya dağıdılmışdır;

 

- Yalnız 1993-cü ildə 206,6 min kubmetr qiymətli meşə materialı Ermənistana aparılmışdır.

 

Azərbaycan Respublikasının işğal olunmuş əraziləri təbii ehtiyatlarla çox zəngindir. Bunlardan 595,600 hektar kənd təsərüfatı üçün yararlı torpaqlar, 246,200 hektar meşələr, 10,100 hektar becərilən həyətyanı torpaqlar. Münaqişə başlanandan sonra, 1989-1991-ci illərdə Azərbaycanın ətraf mühitinə dəymiş ziyan 4,73 mln. ABŞ dolları dəyərində qiymətləndirilir. Ermənilər işğal olunmuş ərazilərdə 2 dövlət milli qoruğu, 152 qiymətli ağac növü, 13197,5 hektar meşə sahəsi, 5 geoloji obyekt daxil olmaqla, çoxlu sayda mühüm təbii abidələri dağıtmışlar. Erəmistanın sənaye tullantıları Azərbaycanın işğal olunmuş ərazilərinə yığılır.

 

Erməni təcavüzü nəticəsində Azərbaycan respublikasının mədəni mülkiyyəti böyük itkilərə məruz qalmışdır. Çoxlu sayda tarixi, mədəni və dini abidələr və incəsənət əsərləri işğal olunmuş ərazilərdən Ermənistana aparılmışdır. Onların çoxu dünyanın bir çox hərrac və mağazalarında satışa qoyulmuşdur. Bu zaman Azərbaycanın mədəni mülkiyyətinin əlamətləri, onların milli və geocoğrafi özəllikləri dəyişiklikliyə məruz qalır.

 

Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər rayonunun Tarix muzeyi, Şuşa rayonunun Tarix muzeyləri, Ağdam rayonunun nadir Çörək muzeyi, Zəngilan rayonunun Daş abidələr muzeyi və bir çox başqa muzeyləri talan edilmiş və dağıdılmışdır. Azərbaycanın işğal olunmuş ərazilərində 500 tarixi, memarlıq və 100-dən çox arxeoloji abidə, 22 muzey (40000 muzey eksponatı), 9 tarixi saray, 44 məbəd, 10 məscid, 4 rəsm qalereyası qalmışdır, yüzlərlə məqbərə və qala dağıdılmışdır. Şuşa rayonunda XVIII əsrə aid Gövhər Ağa Məscidi vəhşicəsinə dağıdılmış, işğal olunmuş rayonlarda digər məscidlər dağıdılmış və yandırılmışdır, bəziləri isə anbar kimi istifadə olunur.

 

İşğal nəticəsində tunc dövrün ən nadir yerlərindən biri - Xocalı Məbəd Yeri (50 hektar sahədə 100 məbədi əhatə edir) yerlə yeksan olunmuşdur. Ən qədim insan məskənlərindən olan Azıx mağarası silah anbarına çevrilmişdir. Qafqaz Alban Dairəvi Məbədi və XIV əsrə aid olan Xocalı Məqbərəsinin taleyi qeyri-müəyyən qalır.

Azərbaycana qarşı təcavüzdən başqa, Ermənistan Azərbaycanın ərazilərində təxribat və terror fəaliyyəti ilə məşğuldur. Ermənistanın xüsusi xidmət orqanları və müxtəlif erməni terror təşkilatları Bakı, Gəncə və Azərbaycan Respublikasının digər şəhərlərində dinc əhaliyə qarşı təxribat və terror aktları həyata keçirir, sənaye obyektlərini və nəqliyyat vasitələrini hədəfə alırlar. Erməni terror təşkilatları böyük maddi və insan potensialına, həmçinin terror aktlarının təşkili və həyata keçirilməsində böyük «təcrübə»yə malikdirlər.

 

Azərbaycanın hüquq-mühafizə orqanlarında olan çoxlu faktlar Azərbaycan və digər dövlətlərə qarşı törədilmiş terror aktlarına görə Ermənistanın məsuliyyət daşıdığını, belə aktların törədilməsində onun müxtəlif terror təşkilatları ilə əməkdaşlıq etdyini və region dövlətlərinə qarşı terror aktlarının təşkili və həyata keçirilməsi üçün öz ərazisindən müxtəlif terror təşkilatlarının istifadə etməsinə şərait yaratdığını sübut edir. Bu faktlar Ermənistanın terrorizmi dövlət səviyyəsində dəstəkləyən dövlətlərin siyahısına daxil edilməsini təmin edən kifayət qədər əsasları ehtiva edir.

 

Ermənistanın beynəlxalq terror təşkilatları ilə xüsusi əlaqəsini sübut edən bir fakt: bu ölkədən 1,227.473 nəfər erməni terrorçusu Varujan Karapetyanın müdafiəsi üçün imza toplamışlar. Karapetyan Orli aeroportunda Türk Hava Yollarının ofisi yaxınlığına partlayıcı qurğu qoyduğu üçün Fransada ömürlük həbs cəzasına məhkum edilmişdi. Ermənistanın yüksək siyasi rəhbərliyi də terrorçulara rəğbət bəsləyir. Belə ki, Ermənistan Prezidenti L. Ter-Petrosyan Fransa Prezidenti Jak Şiraka məktub yazaraq Karapetyanın əfv olunmasını xahiş etmişdir. Ermənistan Prezidenti həmçinin məşhur beynəlxalq terrorçu Monte Melkonyanın anma mərasimində və Yerevanda onun dəfn mərasimində iştirak etmişdir.

 

Ermənistanın öz işğalçı planlarını həyata keçirmək üçün istifadə etdiyi terrorizm qanlı nəticələrlə müşaiyət olunmuşdur. Erməni terror təşkilatları XIX əsrin sonlarında formalaşmağa başlamışlar və onların məqsədi «Böyük Ermənistan» yaratmaq idi. Erməni terrorizmi 70-ci illərdə geniş vüsət almışdı. Bu illərdə bir neçə ölkədə terror-təlim bazaları meydana gəlməyə başladı, onlardan ən böyüyü isə Yaxın Şərqdə idi. Belə terror təşkilatlarından ASALA - Ermənistanın Azadlığı Naminə Gizli Ermənistan Ordusu, Erməni Soyqırımı Desantları və Erməni İnqilab Ordusu əsas təxribat aktlarını Qərbi Avropada və Şimali Amerikada həyata keçirirdilər. Belə təşkilatlar, ərazi iddialarının təsdiq olunması siyasəti əsasında ideoloji platforma hazırlayan Qnçak və Daşnaksütyun partiyalarından fərqli olaraq, hərbi-terror təşkilatları idi və «layihələr»in həyata keçirilməsi ilə bağlı olan «təcrübi məsələlər»lə məşğul olurdular. Onlar Birləşmiş Ştatlar, Türkiyə, Fransa, SSRİ, Azərbaycan və digər ölkələrdə yüzlərlə insanın qətlində günahkardırlar.

 

Bu təsdiq olunmuş faktdır ki, ASALA terror təşkilatının banisi Akop Akopyan öz bədnam fəaliyyətinə 1972-ci ildə Münhen Olimpiya Oyunlarında İsrail idmançılarını qətlə yetirən terror qrupunun üzvü kimi başlamışdır.

 

1978-ci ilin yanvarında S.Zatikyan, Z.Baqdarsyan və A.Stepanyandan ibarət olan terror qrupu Moskva metrosunda günahsız insanların ölümü ilə nəticələnən partlayış törətdi.

 

Beynəlxaln erməni terrorizmi 80-ci illərdə daha da genişləndi. Bu illərdə ASALA Fransa paytaxtı Parisdə silsilə partlayışların təşkilində iştirak etmişdir. Onlardan biri paytaxtın Orli hava limanında baş vermişdi. Bu terror aktları nəticədə 10 nəfər ölmüş, 150 nəfər yaralanmışdır.

 

80-ci illərin sonundan etibarən erməni terrorizmi keçmiş SSRİ-də sürətlənməyə başladı. Ermənistan xüsusilə Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməyə və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara başladı.

 

Son illərdə dünyanın müxtəlif nöqtələrində törədilmiş terror aktları bir daha sübut edir ki, bütün beynəlxalq birlik beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün öz səylərini birləşdirməlidir. Yalnız bu yolla beynəlxalq terrorizm şəbəkəsinin ən iyrənc formalarından biri olan erməni terrorizminə son qoyula bilər.