Dosta göndər

Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılıq verilməsi

Prosedur barədə məlumat

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.04.2000-ci il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası”na əsasən, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan dövri mətbu nəşrlərin yayılma qaydası Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə müəyyən edilməmişdirsə, onun yayılması üçün razılıq Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən verilir.

 

Xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması dövlət və özəl mətbuatyayımı şirkətləri tərəfindən həyata keçirilir.

Xarici dövri mətbu nəşrlərin nümayəndələri, yaxud yayım şirkətləri xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq almaq üçün ərizə ilə RYTN-ə müraciət edərək göstərilən sənədləri təqdim etməlidirlər.

 

Yayıma razılıq verilməsi üçün təqdim olunan ərizəyə və sənədlərə RYTN-də baxılır, imtina üçün əsas olmadıqda razılıq verilməsi barədə qərar qəbul edilir, xarici dövri mətbu nəşrin xarakteri ilə tanış olunur, 3 ay müddətinədək onların hər bir nömrəsinin RYTN-ə göndərilməsi şərtilə yayılmasına icazə verilir.