Dosta göndər

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsinə lisenziya verilməsi üçün tələb olunan sənədlər : 

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  2. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
  3. Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);
  4. Ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün zəruri texnoloji, təcrübi ölçü qurğularından, proqram vasitələrindən və digər avadanlıqlardan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;
  5. Ərizəçinin bu fəaliyyət növü, o cümlədən informasiya texnologiyaları sahəsi üzrə müvafiq təhsilə, ixtisasa və ən azı 3 il iş təcrübəsinə malik olan mütəxəssislərin olmasını təsdiq edən sənədlərin surəti;
  6. Ərizəçinin bu fəaliyyət növü üzrə istifadə edəcəyi avadanlıqlar, müvafiq proqram-texniki təminat vasitələri, o cümlədən informasiya mühafizəsi vasitələri üzrə uyğunluq sertifikatlarının surəti;
  7. Ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün Azərbaycan  Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin  və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyləri;
  8. Ərizəçinin fəaliyyət obyektinin mühafizə olunmasını təsdiq edən surəti;
  9. Lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

 

 

    Fərdi sahibkarlar üçün ərizə (.doc)   

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsinə lisenziya verilməsi üçün tələb olunan sənədlər :

 

  1. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
  2. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
  3. Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);
  4. Ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün zəruri texnoloji, təcrübi ölçü qurğularından, proqram vasitələrindən və digər avadanlıqlardan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;
  5. Ərizəçinin bu fəaliyyət növü, o cümlədən informasiya texnologiyaları sahəsi üzrə müvafiq təhsilə, ixtisasa və ən azı 3 il iş təcrübəsinə malik olan mütəxəssislərin olmasını təsdiq edən sənədlərin surəti;
  6. Ərizəçinin bu fəaliyyət növü üzrə istifadə edəcəyi avadanlıqlar, müvafiq proqram-texniki təminat vasitələri, o cümlədən informasiya mühafizəsi vasitələri üzrə uyğunluq sertifikatlarının surəti;
  7. Ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün Azərbaycan  Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin  və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyləri;
  8. Ərizəçinin fəaliyyət obyektinin mühafizə olunmasını təsdiq edən surəti;
  9. Lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

 

     

Hüquqi şəxslər üçün ərizə (.doc)