Dosta göndər

Rabitə və informasiya texnologiyaları sahəsində lisenziyaların verilməsi

Prosedur barədə məlumat

 

 

 

 

 

Lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa uyğun olaraq həyata keçirilir.

 

Rabitə xidmətlərinə lisenziyalar qeyd olunan Qanunun 1 nömrəli əlavəai - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir. 

 

 

Fəaliyyət növlərinin adı

Dövlət rüsumu (manatla)

Rabitə xidmətləri

6.1

Telefon (məftilli)

2500

6.2

Radiotrank və simsiz telefon

2500

6.4

İP-telefoniya (internet-telefoniya)  

50000

6.5

Ölkədaxili telekommunikasiya kanallarının təşkili

2500 

6.6

Beynəlxalq telekommunikasiya kanallarının təşkili

5500

6.7

Məlumatların ötürülməsi (data)

3000

6.8

Sürətli poçt xidməti

1250

 

 

Aşağıdakı fəaliyyət növləri üzrə lisenziyalar qeyd olunan Qanunun 2 nömrəli “Dövlət təhlükəsizliyindən irəli gələn hallarda lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nın   3-cü, 4-cü və 4-1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir. 

 

 

Digər fəaliyyət növləri

3.

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi 1100 

4.

Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi 1100 

4-1.

 Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

1000000

 

Ərizəçi lisenziyanın alınması üçün lisenziya verən orqana ərizə ilə müraciət edir və lisenziya verilməsi üçün tələb olunan sənədləri təqdim edir (ərizə forması və tələb olunan sənədlərlə tanış olmaq üçün sizi maraqlandıran fəaliyyət növünü aktiv edin):

 

Ərizəçi tərəfindən təqdim edilmiş sənədlər araşdırıldıqdan sonra, lisenziya verilməsindən imtina edilmədikdə,  ərizəçi lisenziya verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Maddə 22) müəyyən edilən dövlət rüsumunu ödəyərək, ödəniş barədə sənədi lisenziya verən orqana təqdim edir. 

 

Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, lisenziya verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

 

Lisenziyalar müddətsiz verilir.

 

Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə lisenziya 10 il müddətinə verilir. Eyni zamanda, bu fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır.

 

Lisenziya sahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Lisenziyanın şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

 

 

 

 

 

 

 

 

 

Lisenziya verilməsi məqsədilə tələb olunan dövlət rüsumunun ödənilməsi üçün HESAB

Fəaliyyət növü:   ___________________________ 

Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinadarlığı Agentliyi
VÖEN-i: 140 155 5071
Kodu:
210 005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.: CTREAZ22
 
Xəzinadarlıq orqanı
Adı: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti
VÖEN:
160 2473621
Hesablaşma hesabı: AZ17CTRE00000000000002117131
   
Büdcə səviyyəsinin kodu: 1
Büdcə təsnifatı kodu:     142 252
 
Köçürülən məbləğ:
Rəqəmlə  ____________ (AZN)
Yazı ilə  ___________ manat

 

Ödənişin təyinatı:          Xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən  dövlət rüsumu                  

 

Qeyd:Ödəniş tapşırığı doldurularkən 50-ci sahədə və ya mətndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin VÖEN-i (9900033991) göstərilməlidir.