Dosta göndər

Tələb olunan sənədlər

  1. Ərizə
  2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı));
  3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
  4. Ərizəçinin fəaliyyət göstərdiyi ünvandan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
  5. Telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslannın ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti;
  6. Nömrə resurslarının istifadəsi üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinin siyahısı və qurulacaq telekommunikasiya şəbəkəsinin struktur sxemi.

Ərizədə hüquqi və ya fiziki şəxsin fəaliyyət növü barədə geniş məlumat verilməli, ayrılması xahiş olunan nömrə resursunun istifadə təyinatı göstərilməlidir.