Dosta göndər

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün Xüsusi icazə” verilməsi

Prosedur barədə məlumat

 

 

Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 4-cü, 13-cü və 14-cü bəndlərinə uyğun olaraq, RYTN tərəfindən radioelektron vasitələrinin, radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və kosmik-peyk rabitə vasitələrinin mülki dövriyyəsinə xüsusi icazə verilir.

 

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş güc meyarı həddinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.04.2004-cü il tarixli 54 nömrəli Qərarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində şüalandırıcı vasitələr üçün güc meyarı aşağıdakı kimi müəyyənləşdirilmişdir.

 

  1. 1 QHs-dək tezlik diapazonu üçün -0.3 Vt-dan yuxarı;

  2. 1 QHs-dən yüksək tezlik diapazonu üçün -0.03 Vt-dan yuxarı;

  3.  

Göstərilən güc meyarlarına uyğun olan radioavadanlıqların dövriyyəsinə (istismarına) xüsusi icazə tələb olunur.

 

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na uyğun olaraq tələb olunan sənədlər RYTN-ə təqdim edilməklə xüsusi icazə alınmalıdır.

 

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtinaya əsas olmadıqda sənədlər qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayaraq xüsusi icazə verilir.