Telekommunikasiya və poçt şöbəsi

 

I.Ümumi müddəalar

 

1.1 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) Aparatının struktur bölməsidir.

 

1.2

Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – qurumlar) fəaliyyəti ilə bağlı telekommunikasiya, o cümlədən radio-televiziya yayımı, peyk və poçt rabitəsi üzrə texniki istismarın təşkilinə, inkişafına və tezlik resurslarından səmərəli istifadəyə nəzаrəti təmin еdir və bu sahədə inkişafın davamlılığını şərtləndirən strateji hədəfləri müəyyənləşdirir.

 

1.3

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” qanunu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını, istismar təlimat və qaydalarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.4

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının struktur bölmələri və qurumları, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də sahə üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

II.Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.1.1. 

telekommunikasiya, o cümlədən genişzolaqlı internet, radio-televiziya yayımı, peyk və poçt rabitəsi şəbəkələrinin  inkişafına, texniki istismara və tezlik resurslarından səmərəli istifadəyə nəzаrəti təmin еdir;

 

2.1.2.

telekommunikasiya, peyk və poçt rabitəsi sahələrinin (bundan sonra – müvafiq sahə) inkişafı üzrə prioritetlərin müəyyən edilməsində, beynəlxalq və yerli əhəmiyyətli layihələrin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
 

2.1.3.

müvafiq sahənin inkişafı üzrə qurumlarda işlərin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;
 

2.1.4.

peyk şəbəkəsinin genişləndirilməsi və kosmik sahənin inkişafı üzrə zəruri tədbirlərin hazırlanmasında iştirak edir və həyata keçirilməsinə nəzarət edir;

 

2.1.5.

müvafiq sahənin inkişafı üzrə təkliflər verir;

 

2.1.6.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

 

III.Şöbənin vəzifələri

3.1.

Şöbə bu Əsasnamə ilə verilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.1.1.

müvafiq sahənin inkişafı üzrə prioritetlərin müəyyən edilməsinə, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasına və həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

 

3.1.2.

müvafiq sahənin inkişafında elmi-texniki nailiyyətlərin tətbiqinə dair təkliflər vermək;

 

3.1.3.

müvafiq sahənin inkişafı üzrə beynəlxalq və yerli əhəmiyyətli investisiya layihələrinin hazırlanmasında iştirak etmək, həmin layihələrin həyata keçirilməsi və idarə olunması ilə bağlı şöbənin funksiyaları çərçivəsində tədbirlər görmək;

 

3.1.4.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda müəyyən edilmiş hallarda və qaydada, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazənin verilməsi prosesində iştirak etmək;

 

3.1.5.

Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsi və mühafizəsinə dair təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

3.1.6.

müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən xidmətlərin aşkarlanması və qarşısının alınması ilə bağlı tədbirlərin görülməsində iştirak etmək və təkliflər vermək;
 

3.1.7.

radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarına dair təkliflər hazırlamaq, onların icrasına və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi üzrə aparılan işlərə nəzarəti həyata keçirmək;

 

3.1.8.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahənin inkişafı üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikintilərin sifarişçi funksiyalarının həyata keçirilməsi üçün təkliflər vermək;
 

3.1.9.

müvafiq sahənin inkişafı ilə bağlı dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə təkliflər hazırlamaq;

 

3.1.10. 

universal telekommunikasiya və poçt xidmətlərinin təsnifatının, təşkilinin, keyfiyyətinin, poçtun çatdırılma normativlərinin və digər tələblərinin müəyyən edilməsində iştirak etmək, xidmətlərin təşkili ilə bağlı təkliflər vermək;

 

3.1.11.

müvafiq sahənin inkişafı sahəsində fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı təkliflər vermək;

 

3.1.12.

telekommunikasiya və poçt rabitəsi sahələri, tezliklərdən istifadə üzrə tariflərin formalaşdırılmasında və monitorinqində, eləcə də operator və provayderlərə tariflərin tətbiqi üzrə tövsiyələrin hazırlanmasında iştirak etmək, dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək;

 

3.1.13.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılmasının həyata keçirilməsinə nəzarət etmək;

 

3.1.14.

fövqəladə vəziyyət şəraitində  telekommunikasiya şəbəkələrinin dayanıqlı işinin təmin edilməsi məqsədilə material ehtiyatlarının yaradılması və poçt xidmətlərinin göstərilməsi planlarının hazırlanmasında iştirak etmək və həyata keçirilməsi ilə bağlı görülən tədbirlərə nəzarət etmək;

 

3.1.15.

telekommunikasiya və poçt sahəsində fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə Nazirliyə həvalə olunan hallarda və qaydada şöbənin funksiyaları çərçivəsində dövlətin maraqlarını təmsil etmək;

 

3.1.16.

ölkənin bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet, radioteleviziya yayımı, eləcə də poçt xidmətləri ilə təmin olunması üçün infrastrukturun inkişafına dair təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

3.1.17.

Azərbaycan Respublikasının ərazisində radio və televiziya proqramlarının yayımı, o cümlədən rəqəmli televiziya yayımının aidiyyəti qurumlarla birgə təşkilində iştirak etmək və nəzarəti yerinə yetirmək;

 

3.1.18.

kosmik sahə üzrə elmi tədqiqatların genişləndirilməsi, səmərəliliyin artırılması və nəticələrin müvafiq sahələrdə tətbiqi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

 

3.1.19.

Azərbaycan Respublikasının yeni orbital mövqelərinin əldə edilməsini və mövcud mövqelərə sahiblik və onlardan istifadə hüquqlarının qorunmasını və orbital mövqelərin koordinasiyasını həyata keçirmək;

 

3.1.20.

müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və onlara xidmət göstərilməsinin təşkili ilə bağlı, habelə onların səmərəli fəaliyyəti ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək;

 

3.1.21.

telekommunikasiya şəbəkəsinin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, yerli və xarici operatorların fəaliyyətinin əlaqələndirilməsi, investisiyaların cəlb olunması, beynəlxalq dəstəyin təmin edilməsi üzrə zəruri tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

3.1.22.

qlobal informasiya-telekommunikasiya şəbəkəsinə alternativ və dayanıqlı qoşulma imkanlarının artırılması üzrə təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

3.1.23.

regional data-mərkəzlər şəbəkəsinin genişləndirilməsi və informasiya xidmətlərinin təşkili işlərində iştirak etmək;

 

3.1.24.

ölkənin efir məkanına kənar müdaxilənin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək;

 

3.1.25.

infrastruktur obyektlərinin mühafizəsinin təşkili üzrə təkliflərin hazırlanmasında və icraya nəzarətdə iştirak etmək;

 

3.1.26.

dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, belə şəbəkələrə texniki dəstək və onların təhlükəsizliyinin təmin edilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.1.27.

Beynəlxalq Telekommunikasiya İttifaqının Reqlamentlərinə, Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq, beynəlxalq yükün (trafikin) və poçtun mübadiləsi üzrə xarici dövlətlərin telekommunikasiya operatorları və poçt operatorları ilə qarşılıqlı hesablaşmaların aparılmasına dair təkliflər hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək; 

 

3.1.28.

Müstəqil Dövlətlər Birliyi və ölkənin üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində sahə üzrə Nazirliyə daxil olan sənədlərin icrasına dair təkliflər hazırlamaq;

 

3.1.29.

müvafiq sahənin inkişafına аid оlаn məsələlər üzrə nоrmаtiv-hüquqi аktlаra və sаhə üzrə stаndаrtlаra dаir təkliflər hаzırlаmaq;

 

3.1.30.

“Dövlət hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfləri dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq kargüzarlıq işlərini aparmaq;
 

3.1.31.

müvafiq sahənin inkişafı sahəsində rabitə vasitə və qurğularının istismarı və poçt xidmətlərinin göstərilməsi üzrə təlimatların, normativ sənədlərin, qaydaların hazırlanmasını və yenilənməsini təmin etmək, onların icrasına nəzarət etmək; 

 

3.1.32.

aidiyyəti rabitə müəssisələrinin texniki-istismar fəaliyyətində mövcud standart, texniki şərt, qayda və təlimatlara, həmçinin təşkilati-sərəncamverici sənədlərin  müvafiq göstərişlərinə əməl olunmasına nəzarət etmək;

 

3.1.33.

pоçt ödənişi nişаnlаrının еmissiyаsı üzrə Nazirliyin əmri ilə yaranmış dаimi kоmissiyаnın fəаliyyətini təşkil еtmək və оnun işinə nəzаrət еtmək;

 

3.1.34.

cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində poçt xidməti göstərən müəssisələrin fəaliyyəti ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək;

 

3.1.35.

bеynəlхаlq  pоçt  göndərişlərinin  işlənməsi və çаtdırılmаsı üzrə müəyyən еdilmiş prоsеdurun icrаsını təmin еtmək üçün təklif hazırlamaq;

 

3.1.36.

Beynəlxalq Telekommunikasiya İttifaqı və Ümumdünya Poçt İttifaqının,  eləcə də digər beynəlxalq təşkilatların konqress, konfrans, sessiya və digər mühüm tədbirlərdə iştirak etmək və müzakirə olunan məsələlər üzrə təkliflər hazırlamaq;

 

3.1.37.

poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafı üzrə təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək;

 

3.1.38.

müvafiq sаhə ilə əlаqədаr bеynəlхаlq kоnvеnsiyа və sаzişlərə Аzərbаycаn Rеspublikаsının qоşulmаsı bаrədə təkliflərin vеrilməsində və Аzərbаycаn Rеspublikаsının qоşulduğu bеynəlхаlq kоnvеnsiyа və sаzişlər  üzrə öhdəliklərin yеrinə yеtirilməsi üçün tədbirlərin icrasında iştirak etmək;

 

3.1.39.

 digər ölkələrlə bağlanmış əməkdaşlıq sazişlərində şöbənin funksiyalarına aid olan bəndlərin icrasına nəzarət etmək;

 

3.1.40.

elektron xidmətlərin, o cümlədən elektron ticarət xidmətinin təşkili haqqında təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.1.41.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq telekommunikasiya və poçt xidmətləri ilə bağlı istehlakçıların müraciətlərinə baxmaq, istehlakçıların tələbatlarının ödənilməsi ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

3.1.42.

Nazirliyin kollegiyasının iş planına dair təkliflər vermək, aidiyyəti məsələlər üzrə çıxışlar etmək və təkliflər hazırlamaq;

 

3.1.43.

 müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə fəaliyyət göstərən elmi-texniki şurada müzakirə üçün təkliflər hazırlamaq, bu məqsədlə şuranın telekommunikasiya və poçt bölməsində müvafiq qərarlar qəbul etmək;

 

3.1.44.

Nazirliyin səlahiyyətli nümayəndələrinin hesabatlarına rəy vermək və fəaliyyətlərini əlaqələndirərək nəzarət etmək;

 

3.1.45.

 fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

 

 
 

 

 

IV.Şöbənin hüquqları

 

 

4.1.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.1.1. 

dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və məlumatların (sənədlər) alınmasına dair təkliflər hazırlamaq;

 

4.1.2.

müvafiq sahənin inkişafı üzrə sənədlərə rəy vermək, təhlillər, ümumiləşdirmələr və tövsiyələr hazırlamaq, monitorinqlər keçirmək,  təkliflər vermək;

 

4.1.3.

xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığın təşkilində və danışıqların aparılmasında, həmçinin beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;

 

4.1.4.

fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrindən, qurğularından və vasitələrindən istifadə edilməsinə, onlardan istifadənin dayandırılmasına, məhdudlaşdırılmasına və ya rabitədən istifadə üçün xüsusi qaydaların tətbiqinə dair təkliflər hazırlanmasında iştirak etmək;

 

4.1.5.

müvafiq sahənin inkişafı üzrə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi üçün təkliflər vеrmək;

 

4.1.6.

müvafiq sahənin inkişafı üzrə rabitə xidmətlərinin geniş tətbiqi əsasında dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin bu xidmətlərə olan tələbatlarının ödənilməsi məqsədilə lazımi şəraitin yaradılmаsı üçün təkliflər vеrmək;

 

4.1.7.

kаdr hаzırlığınа, rəhbər və mütəхəssis kаdrlаrın sеçilib-yеrləşdirilməsinə, təyinаtınа və аzаd оlunmаsınа dаir təkliflər vеrmək;

 

4.1.8.

dövlət əhəmiyyətli  оbyеktlərin tikintisi bаrədə təkliflərin hаzırlаnmаsındа iştirаk еtmək;

 

4.1.9.

müəyyən еdilmiş qаydаdа pоçt göndərişlərində rеklаm yеrləşdirilməsinə icаzə  vеrilməsinə dаir təkliflər hаzırlаmaq;

4.1.10. 

rəhbərliyinin tapşırığı əsasında müvafiq sаhə üzrə tədbirlərdə Nazirliyi təmsil etmək;

 

4.1.11. 

infоrmаsiyа cəmiyyətinin fоrmаlаşmаsındа müvafiq sahənin rоlunun müəyyənləşdirilməsində iştirak etmək;
 

4.1.12.

fövqəlаdə hаllаrdа rаbitə şəbəkələrinin idаrə еdilməsi ilə bаğlı müvаfiq qаydаlаrın hаzırlаnmаsındа iştirаk еtmək;

 

4.1.13.

telekommunikasiya sahəsində magistral və lokal qoşulma şəbəkələri  ilə bağlı təkliflərin  hazırlаnmasında iştirak etmək;

 

4.1.14.

pоçt rаbitəsinin növlərinin qаnunvеriciliyə uyğun müəyyənləşdirilməsində iştirаk еtmək, pоçt göndərişlərinin növlərinin və хüsusiyyətlərinin müəyyən еdilməsinə dаir təkliflər hаzırlаmaq;

 

4.1.15.

cəmiyyətin inkişаf еtmiş rabitə, telekommunikasiya, peyk və poçt sahələrinin yаrаdılmаsı, хidmətlərin gеnişləndirilməsi üçün dövlət siyаsətinin həyаtа kеçirilməsinə dair təkliflər vermək;

 

4.1.16.

kibercinayətkarlığa, o cümlədən virtual şəbəkələr üzrə cinаyətkаrlığа qаrşı tехniki tədbirlərin görülməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

 

4.1.17.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 

 

 

V.Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olunmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

 

5.3.

Şöbənin strukturuna Telekommunikasiya və Poçt sektorları daxildir.

 

5.4.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.5.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.6.

Telekommunikasiya və Poçt sektorlarına nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

 

5.7.

Sektor müdirləri  bu Əsasnamə ilə müəyyən olunmuş və şöbə müdiri tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

 

5.8.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektor müdirlərindən biri həyata keçirir. 

 

5.9.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. 

 

5.10. 

Şöbə müdiri:

 

5.10.1. 

şöbənin işini təşkil еdir və bu Əsasnaməyə uyğun olaraq, sektorlar аrаsındа iş bölgüsünü аpаrır, şöbənin əməkdаşlаrının оnlаrа həvаlə еdilən sаhədə məsuliyyətlərini müəyyən еdir;

 

5.10.2. 

şöbənin fəаliyyətindən irəli gələn məsələlərə dаir qurumlara оpеrаtiv göstərişlər vеrir və оnlаrın icrаsını tələb еdir;

 

5.10.3. 

şöbənin iş planını tərtib edir və icrası barədə rəhbərliyə hesabat verir;

 

5.10.4. 

şöbənin işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təşkil edir, şöbənin vəzifə və funksiyalarına uyğun olaraq işçiləri təlimatlandırır;

 

5.10.5. 

şöbənin işçilərinin öz  vəzifələrini düzgün icra etmələrinə, əmək  intizamına və daxili qaydalara riayət olunmasına nəzarət edir, həmçinin işçilərin intizam məsuliyyətinə cəlb edilməsi və ya mükafatlandırılması barədə təkliflər verir; 

 

5.10.6. 

şöbənin işçilərini Nazirliyin binasında yanğından təhlükəsizlik qaydalarına və iş yerlərində texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə dair təlimatlandırır;

 

5.10.7. 

müvafiq sаhədə çаlışаn işçilərin sоsiаl vəziyyətinin yахşılаşdırılmаsı və mаddi həvəsləndirilməsi üzrə təkliflər vеrir, əməkdаşlаrın,  müvafiq sаhədə çаlışаn rəhbər şəхslərin fəаliyyətinin qiymətləndirilməsinə, qаnunvеriciliyə əsаsən tənbеh оlunmаsınа dаir rəhbərliyə təqdimаtlа mürаciət еdir;

 

5.10.8. 

Nazirliyin aidiyyəti qurumlarının yüksəkixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədi ilə işçilərin işə təyin olunması və işdən azad olunması barədə rəhbərliyə təkliflər verir;

 

5.10.9.  

şöbədə kargüzarlıq işlərinin aparılmasına nəzarət edir, fəaliyyətində dövlət sirlərinin qоrunmаsı tədbirlərinin təmin edilməsinə cavabdehlik dаşıyır;

 

5.10.10. 

Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda iştirak edərək, müvafiq sаhədə texniki-istismar və inkişafa dair fəaliyyətlərindən irəli gələn  məsələləri müzakirəyə çıxarır;

 

5.10.11.

rəhbərliyin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər Nazirlik və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və onun maraqlarını müdafiə edir; 

 

5.10.12.

bu Əsasnamədə nəzərdə tutulmuş və şöbənin fəaliyyəti   ilə əlaqədar işlərin vaxtında və düzgün yerinə yetirilməsinə rəhbərlik edir və şəxsən məsuliyyət daşıyır;

 

5.10.13.

şöbəni təmsil edir.

 

5.11.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.12.

Şöbənin hər bir əməkdaşı ona məlum olan xidməti sirr və yaxud dövlət sirri təşkil edən məlumatların mühafizə olunmasına görə, öz vəzifəsinə və səlahiyyətlərinə uyğun  məsuliyyət daşıyır.

 

 

 

 

VI.Şöbənin strukturuna daxil olan Telekommunikasiya sektorunun vəzifələri 

 

6.1.

Telekommunikasiya sektorunun vəzifələri aşağıdakılardır:

 

6.1.1.

telekommunikasiya, radio-televiziya yayımı və peyk rabitəsi sаhəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsinə, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasına və həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

 

6.1.2.

telekommunikasiya, radio-televiziya yayımı və peyk rabitəsi sahələrinin inkişafında elmi-texniki nailiyyətlərin tətbiqinə dair təkliflər vermək;

 

6.1.3.

telekommunikasiya və peyk  rabitəsi sаhələrinin inkişafı üzrə beynəlxalq və yerli əhəmiyyətli investisiya layihələrinin hazırlanmasında iştirak etmək, həmin layihələrin həyata keçirilməsi və idarə olunması ilə bağlı şöbənin funksiyaları çərçivəsində tədbirlər görmək;

 

6.1.4.

Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsi və mühafizəsinə dair təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

6.1.5.

müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən xidmətlərin aşkarlanması və qarşısının alınması ilə bağlı tədbirlərin görülməsində iştirak etmək, təkliflər vermək;

 

6.1.6.

Beynəlxalq Telekommunikasiya İttifaqı və eləcə də digər beynəlxalq təşkilatların konfrans, sessiya, və digər mühüm tədbirlərdə iştirak etmək və müzakirə olunan məsələlər üzrə təkliflər hazırlamaq;

 

6.1.7.

telekommunikasiya, radio-televiziya yayımı və peyk rabitəsi sаhəsinin inkişafı ilə bağlı dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə təkliflər hazırlamaq;

 

6.1.8.

telekommunikasiya, radio-televiziya yayımı və peyk rabitəsi sаhələrinin inkişafı sahəsində fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı təkliflər vermək;

 

6.1.9.

telekommunikasiya və tezliklərdən istifadə üzrə tariflərin formalaşdırılmasında və monitorinqində, eləcə də operator və provayderlərə tariflərin tətbiqi üzrə tövsiyələrin hazırlanmasında iştirak etmək, dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək;

 

6.1.10. 

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılmasının həyata keçirilməsinə nəzarət etmək;

 

6.1.11.

telekommunikasiya sahəsində fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə Nazirliyə həvalə olunan hallarda və qaydada şöbənin funksiyaları çərçivəsində dövlətin maraqlarını təmsil etmək;

 

6.1.12.

ölkənin bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet xidmətləri ilə təmin olunmasına dair təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

6.1.13.

Azərbaycan Respublikasının ərazisində radio və televiziya proqramlarının yayımı, o cümlədən rəqəmli televiziya yayımının aidiyyəti qurumlarla birgə təşkilində iştirak etmək və nəzarəti yerinə yetirmək;

 

6.1.14.

 kosmik sahə üzrə elmi tədqiqatların genişləndirilməsi, səmərəliliyin artırılması və nəticələrin müvafiq sahələrdə tətbiqi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

 

6.1.15.

Azərbaycan Respublikasının yeni orbital mövqelərinin əldə edilməsini və mövcud mövqelərə sahiblik və onlardan istifadə hüquqlarının qorunmasını və orbital mövqelərin koordinasiyasını həyata keçirmək;

 

6.1.16.

müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və onlara xidmət göstərilməsinin təşkili ilə bağlı, habelə onların səmərəli fəaliyyəti ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək;

 

6.1.17.

telekommunikasiya şəbəkəsinin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, yerli və xarici operatorların fəaliyyətinin əlaqələndirilməsi, investisiyaların cəlb olunması, beynəlxalq dəstəyin təmin edilməsi üzrə zəruri tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

6.1.18.

qlobal informasiya-telekommunikasiya şəbəkəsinə alternativ və dayanıqlı qoşulma imkanlarının artırılması üzrə təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

6.1.19. 

regional data-mərkəzlər şəbəkəsinin genişləndirilməsi və informasiya xidmətlərinin təşkili işlərində iştirak etmək;

 

6.1.20.

ölkənin efir məkanına kənar müdaxilənin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək;

 

6.1.21.

telekommunikasiya və peyk obyektlərinin mühafizəsinin təşkili üzrə təkliflərin hazırlanmasında və icraya nəzarətdə iştirak etmək;

 

6.1.22.

dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, belə şəbəkələrə texniki dəstək və onların təhlükəsizliyinin təmin edilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

 

6.1.23.

Beynəlxalq Telekommunikasiya İttifaqının Reqlamentlərinə uyğun olaraq, beynəlxalq yükün (trafikin) xarici dövlətlərin telekommunikasiya operatorları ilə qarşılıqlı hesablaşmaların aparılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək; 

 

6.1.24.

Müstəqil Dövlətlər Birliyi və ölkənin üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində sahə üzrə Nazirliyə daxil olan sənədlərin icrasına dair təkliflər hazırlamaq;

 

6.1.25.

digər ölkələrlə bağlanmış əməkdaşlıq sazışlərində şöbənin funksiyalarına aid olan bəndlərin icrasına nəzarət etmək;

 

6.1.26.

müvafiq sahənin inkişafına аid оlаn məsələlər üzrə nоrmаtiv-hüquqi аktlаra və sаhə üzrə stаndаrtlаra dаir təkliflər hаzırlаmaq;

 

6.1.27. 

“Dövlət hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfləri dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uygun olaraq kargüzarlıq işlərini aparmaq;

 

6.1.28. 

müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə fəaliyyət göstərən elmi-texniki şurada müzakirə üçün təkliflər hazırlamaq, bu məqsədlə şuranın telekommunikasiya  bölməsində müvafiq qərarlar qəbul etmək;

 

6.1.29.

Nazirliyin kollegiyasının iş planına dair təkliflər vermək, aidiyyəti məsələlər üzrə çıxışlar etmək və təkliflər hazırlamaq;

 

6.1.30.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq telekommunikasiya xidmətləri ilə bağlı istehlakçıların müraciətlərinə baxmaq, istehlakçıların tələbatlarının ödənilməsi ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

6.1.31.

aidiyyəti rabitə müəssisələrinin texniki-istismar fəaliyyətində mövcud standart, texniki şərt, qayda və təlimatlara, həmçinin Nazirliyin əmr və  müvafiq göstərişlərinə əməl olunmasına nəzarət etmək;

 

6.1.32.

fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər vermək;

 

6.1.33.

Nazirliyin səlahiyyətli nümayəndələrinin hesabatlarına rəy vermək və fəaliyyətlərini əlaqələndirərək nəzarət etmək;

 

6.1.34.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

VII.Şöbənin strukturuna daxil olan Poçt sektorunun vəzifələri

 

7.1.

Poçt sektorunun vəzifələri aşağıdakılardır: 

 

7.1.1.

poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafı üzrə təkliflər hazırlamaq, həyata keçirilməsinə nəzarət etmək məqsədi ilə vaxtaşırı reydlər həyata keçirmək;

 

7.1.2.

poçt xidmətlərinin təsnifatının, təşkilinin, keyfiyyətinin, poçtun çatdırılma normativlərinin və digər tələblərinin müəyyən edilməsində iştirak etmək, xidmətlərin təşkili ilə bağlı təkliflər vermək;

 

7.1.3.

ölkənin bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı poçt xidmətləri ilə təmin olunması üçün infrastrukturun inkişafına dair təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək; 

 

7.1.4.

poçt xidmətlərinin göstərilməsi üzrə təlimatların, normativ sənədlərin, qaydaların hazırlanmasını və yenilənməsini təmin etmək, onların icrasına nəzarət etmək; 

 

7.1.5.

pоçt ödənişi nişаnlаrının еmissiyаsı üzrə Nazirliyin əmri ilə yaranmış dаimi kоmissiyаnın fəаliyyətini təşkil еtmək və оnun işinə nəzаrət еtmək;

 

7.1.6.

elektron xidmətlərin, o cümlədən elektron ticarət xidmətinin inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

 

7.1.7.

poçt xidmətləri ilə bağlı istehlakçıların müraciətlərinə baxmaq, istehlakçıların tələbatlarının ödənilməsi ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

7.1.8.

poçt  rabitəsi sahəsi üzrə dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə təkliflər hazırlamaq;

 

7.1.9.

poçt rabitəsi sahəsində fəaliyyət göstərən operatorların və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı təkliflər vermək;

 

7.1.10. 

poçt xidmətləri üzrə tariflərin formalaşdırılmasında və monitorinqində, eləcə də  tariflərin tətbiqi üzrə tövsiyələrin hazırlanmasında iştirak etmək, dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək;

 

7.1.11.

fövqəladə hallarda poçt xidmətlərinin göstərilməsi planlarının hazırlanmasında iştirak etmək və həyata keçirilməsi ilə bağlı görülən tədbirlərə nəzarət etmək;

 

7.1.12.

Müstəqil Dövlətlər Birliyi və ölkənin üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində poçt sahəsi üzrə Nazirliyə daxil olan sənədlərin icrasına dair təkliflər hazırlamaq;

 

7.1.13.

Nazirliyin digər ölkələrlə bağlanmış əməkdaşlıq sazişlərində poçt rabitəsi sahəsi üzrə funksiyalarına aid olan bəndlərin icrasına nəzarət etmək;
 

7.1.14.

poçt rabitəsi sahəsinə аid оlаn məsələlər üzrə nоrmаtiv-hüquqi аktlаra və sаhə üzrə stаndаrtlаra dаir təkliflər hаzırlаmaq;

 

7.1.15.

poçt rabitəsi sahəsində fəaliyyət göstərən müəssisələrin texniki-istismar fəaliyyətində mövcud standart, qayda və təlimatlara, həmçinin Nazirliyin əmr və  müvafiq göstərişlərinə əməl olunmasına nəzarət etmək;

 

7.1.16.

bеynəlхаlq  pоçt  göndərişlərinin  işlənməsi və çаtdırılmаsı üzrə müəyyən еdilmiş prоsеdurun icrаsını təmin еtmək üçün təklif hazırlamaq;

 

7.1.17.

pоçt rabitəsi sаhələri ilə əlаqədаr bеynəlхаlq kоnvеnsiyа və sаzişlərə Аzərbаycаn Rеspublikаsının qоşulmаsı bаrədə təkliflərin vеrilməsində və Аzərbаycаn Rеspublikаsının qоşulduğu bеynəlхаlq kоnvеnsiyа və sаzişlər  üzrə öhdəliklərin yеrinə yеtirilməsi üçün tədbirlərin icrasında iştirak etmək;

 

7.1.18.

cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində poçt xidməti göstərən müəssisələrin bu sahədə  fəaliyyəti ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

7.1.19.

Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq, beynəlxalq yükün (trafikin) və poçtun mübadiləsi üzrə xarici dövlətlərin poçt operatorları ilə qarşılıqlı hesablaşmaların aparılmasına dair təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək; 

 

7.1.20. 

Ümumdünya Poçt İttifaqının  eləcə də digər beynəlxalq təşkilatların konfrans, sessiya, və digər mühüm tədbirlərdə iştirak etmək, poçt sahəsində qabaqcıl  beynəlxalq təcrübəni öyrənmək və müzakirə olunan məsələlər üzrə təkliflər hazırlamaq;

 

7.1.21.

poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ÜPİ çərçivəsində layihələrin hazırlanmasında və təsdiq edilmə prosesində iştirak etmək və layihənin həyata keçirilməsinə nəzarət etmək;

 

7.1.22.

müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə fəaliyyət göstərən elmi-texniki şurada müzakirə üçün təkliflər hazırlamaq, bu məqsədlə müvafiq qərarlar qəbul etmək.

 

7.1.23.

fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;

 

7.1.24.

Nazirliyin səlahiyyətli nümayəndələrinin hesabatlarına rəy vermək və fəaliyyətlərini əlaqələndirərək nəzarət etmək;

 

7.1.25.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.