Lisenziyalaşdırma

Lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa uyğun olaraq həyata keçirilir.

 

 Fəaliyyət növü

Dövlət rüsumunun məbləği (manatla)

 Telefon (məftilli)

2 500

 Radiotrank və simsiz telefon

2 500

 IP-telefoniya (internet telefoniya)

50 000

 Ölkədaxili telekommunikasiya kanallarının təşkili

2 500

 Beynəlxalq telekommunikasiya kanallarının təşkili

5 500

 Məlumatların ötürülməsi (data)

3 000

 Sürətli poçt xidməti

1 250

 

Aşağıdakı fəaliyyət növləri üzrə lisenziyalar qeyd olunan Qanunun 2 nömrəli “Dövlət təhlükəsizliyindən irəli gələn hallarda lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nın   3-cü, 4-cü və 4-1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir. 

 

 Fəaliyyət növü

Dövlət rüsumunun məbləği (manatla)

 Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

1100

 Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi

1100

Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)               1 000 000 

 

 

Ərizəçi lisenziyanın alınması üçün lisenziya verən orqana ərizə ilə müraciət edir və lisenziya verilməsi üçün tələb olunan sənədləri təqdim edir (ərizə forması və tələb olunan sənədlərlə tanış olmaq üçün sizi maraqlandıran fəaliyyət növünü aktiv edin):

Ərizəçi tərəfindən təqdim edilmiş sənədlər araşdırıldıqdan sonra, lisenziya verilməsindən imtina edilmədikdə,  ərizəçi lisenziya verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Maddə 22) müəyyən edilən dövlət rüsumunu ödəyərək, ödəniş barədə sənədi lisenziya verən orqana təqdim edir. 

Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, lisenziya verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

Lisenziyalar müddətsiz verilir.

Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə lisenziya 10 il müddətinə verilir. Eyni zamanda, bu fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır.

Lisenziya sahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

Lisenziyanın şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R