• Bakı şəhəri, AZ 1122, Tbilisi pr.,187
  • (+99412) 344 00 00
  • (+99412) 493 17 87
  • aztelekom@aztelekom.net
  • www.aztelekom.org

"Aztelekom" MMC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti 1992-ci ilin avqust ayında İstehsalat Birliyi kimi yaradılıb. 


“Aztelekom” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 17 aprel 1996-cı ildə qeydiyyata alınmışdır. 


“Aztelekom” İstehsalat Birliyi müştəriyönümlü biznes modelinin tətbiqi və iş proseslərinin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. 

 

Xidmətlər 

 

Hal-hazırda “Aztelekom” öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. 


Azərbaycan Respublikasının Milli rabitə operatoru “Aztelekom” MMC bütün ölkə ərazisində fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini təqdim edir. 


“Aztelekom” MMC-nin genişzolaqlı internet xidməti Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla, bütün ölkə ərazisini əhatə edir. 


“Aztelekom”a məxsus CDMA simsiz telefon rabitəsinin şəbəkəsi respublikanın 30 bölgəsini əhatə edir: Bakı, Abşeron, Şamaxı, Gəncə, Lənkəran, Zaqatala, Quba, Xaçmaz, Masallı, Şəmkir, İmişli, Mingəçevir, Şəki, Kürdəmir, Qax, Balakən, Ağdam, Füzuli, Beyləqan, Ağdaş, Ağsu, Cəlilabad, Yevlax, Göyçay, Bərdə, Goranboy, Sumqayıt, Şabran, Şirvan, Qazax. 

 

Bütün respublika ərazisində beynəlxalq və şəhərlərarası, həmçinin regionlarda, Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla, lokal (yerli) telefon rabitəsi xidmətini göstərən "Aztelekom" MMC-nin adıçəkilən xidmətlərdən əlavə “Tac kart” universal ödəniş sistemi, 107 sifarişli ünsiyyət, SAF – təhlükəsiz internet, əlavə telefon xidmətləri və infrastruktur xidmətləri də mövcuddur.