• Bakı şəhəri, AZ1073 İnşaatçılar prospekti 2, Azərbaycan
  • (+99412) 538 37 87 / 88
  • (+99412) 538 37 89
  • info@ictfund.gov.az
  • www.ictfund.gov.az

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmışdır. Fond Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.

 

Fəaliyyət istiqamətləri:

 

  • İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşu;
     
  • Müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi;
     
  • İnnovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsi.