• Bakı ş. AZ 1009, Əlibəy Hüseynzadə küçəsi, 74
  • (+994 12) 200 00 20
  • (+994 12) 598 42 85
  • info@azintelecom.az
  • www.azintelecom.az

"AzInTelecom" MMC

Rabitə Nazirliyinin 07 fevral 1994-cü il tarixli 13 saylı əmrinə əsasən, 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) “Aztelekom İB”-nin tərkibində struktur vahidi kimi yaradılmışdır. Rabitə Nazirliyinin (RN) 17 yanvar 1995-ci il tarixli 05 saylı əmrinə əsasən, BHM “Aztelekom İB”-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir. RN-in 06 dekabr 1996-cı il tarixli 140 saylı əmrinin 1-ci bəndinə əsasən, 01 yanvar 1997-ci il tarixindən BHM - Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı. 2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir. 2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır.

 

29.06.2015-ci il tarixdə Mərkəzin təşkilati-hüquqi forması dəyişdirilərək “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir.

 

Xidmətlər:

Beynəlxalq səs telefon trafik mübadiləsinin təşkilində “AzInTelecom” MMC-nin fəaliyyəti Azərbaycanla xarici dövlətlərin telekommunikasiya operatorları arasında müqavilələrin imzalanması, coğrafi və şəbəkə baxımından alternativ marşrutlarla beynəlxalq telefon kanallarının yaradılması və istismarı, beynəlxalq telekommunikasiya xidmətlərinin mübadiləsinin aparılması və marşrutlandırmanın optimallaşdırılması, səs trafikinin təşkil edilməsi və bu xidmətlərə görə qarşılıqlı operatorlararası hesablaşmaların aparılması, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), “INTELSAT” və ”EUTELSAT” Beynəlxalq Peyk Təşkilatları, (İTSO) və s. beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsindən ibarətdir.

 

Beynəlxalq Trafik mübadiləsi - Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi, həcminin artırılması və müasir xidmətlərin tətbiq edilməsi;

 

Sertifikatlaşdırma – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vahid əmtəə bazarında müəssisə və təşkilatların fəaliyyəti üçün lazımi şəraitin yaradılması,QRŞ-də tətbiq etmək üçün telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və istehlakçıların tələbləri səviyyəsinə qaldırılması, daxili bazarda rəqabət üçün şərait yaradılması, eləcə də, qabaqcıl texnologiyanın tətbiq edilməsinə şərait yaradılması;

 

Data Mərkəzi - Bulud əsaslı xidmətlər göstərməklə  yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı olmaq, eləcə də, müasir tələblərə cavab verən texniki baza əsasında müştərilərə fərdi həllər təklif etmək;