date icon
18.09.2019 / 17:50

Azərbaycan və Gürcüstan arasında nəqliyyat dəhlizlərinin potensialının artırılması müzakirə edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava arasında görüş keçirilib.

 

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılması müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun istismarının ölkələrimiz arasında  yükdaşımalarının inkişafına təsiri barədə fikir mübadiləsi aparılıb.

 

Həmçinin, beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər müzakirə olunub.

 

Eyni zamanda, ölkələrimiz arasında aviasiya, avtomobil nəqliyyatı, su nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R