date icon
20.07.2018 / 17:20

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

İclasda 1 mart 2018-ci il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.

 

Adıçəkilən müsabiqə üzrə Fonda təqdim edilmiş 149 layihədən 138-i ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertiza mərhələsini isə 39 layihə uğurla keçərək Müşahidə Şurasına təqdim olunub.

 

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 39 layihədən 5 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

 

Müsabiqənin qalibi olmuş layihələr aşağıdakılardır:

 

1. “Sletti”

2. “Ağıllı oyuncaqlar”

3. “www.joinb2b.com

4. “Məktəbə hazıram”

5. “Virtual cərrahiyyə”.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R