2003-2013: İKT-nin inkişaf dinamikası 10 il

Elektron xidmətlər

www.e-gov.az

Bizim layihələr

  • TASİM

    Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xətt

  • AzDataCom

    Məlumatların ötürülməsi üçün ölkəni əhatə edən şəbəkə infrastrukturu

Dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin səviyyəsi Sizi qane edirmi?

NəticəBütün sorğular

Sual-cavab

  • Azərbaycanın Azerspace-1 peyki hansı məqsədlə istifadə olunur və hansı mövqədə yerləşib?

    Telekommunikasiya peyki olan Azerspace-1 səs, verilənlər, internet, TV və radio yayım xidmətləri göstərir. Peyk ekvatorun üzərində Yerdən 36 000 km məsafədə geostasionar orbitdə, 46° Şərq uzunluğunda yerləşir. Yer səthinə nəzərən peyk Somali yaxınlığında Hind okeanı üzərindədir.

  • Beynəlxalq TASIM layihəsinin həyata keçirilməsinin nə kimi faydası olacaq?

    Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin həyata keçirilməsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, internet-bağlantıların sürətinin artırılmasına və internet-xidmətlərin inkişafına kömək edəcək.

  • Rəqəmli siqnalı qəbul etmək üçün nə lazımdır?

    Rəqəmli televiziya proqramlarının qəbulu üçün rəqəmli televizor almaq və ya çevirici avadanlıqlardan (dekoder, set-top-box) istifadə etmək tövsiyə olunur.

  • Rabitə və İT xidmətləri üzrə lisenziya almaq üçün hansı prosedurlardan keçmək lazımdır?

    RYTN tərəfindən xüsusi razılıq, lisenziya və icazələrin verilməsi tam elektronlaşdırılıb. Lisenziyanın rəsmiləşdirilməsi, tələb olunan sənədlər və s. proseduralarla bağlı əlavə məlumatı “E-xidmətlər” bölməsindən əldə etmək olar.

  • Rabitə sahəsində tariflərlə haradan tanış olmaq olar?

    Rabitə sahəsində bütün tariflər RYTN portalının müvafiq bölmələrində yerləşdirilib.

  • Müəyyən sayt barədə şikayəti hara bildirmək olar?

    İnformasiya resursunda müəyyən qeyri etik normalarla qarşılaşdıqda və ya insanın şərəf və ləyaqətinə toxunan yaxud digər qeyri-qanuni əməllərə rast gəldikdə, hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

  • Rabitə sahəsində hər hansı güzəştlər tətbiq edilirmi?

    Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2001-ci il tarixli fərmana əsasən bütün güzəştlər, o cümlədən rabitə sahəsidə 01.01.2002-ci il tarixindən ləğv olunub. Hazırda Böyük Vətən Müharibəsi əlilləri üçün telefon çəkilişi (ilk dəfə) ödənişsiz həyata keçirilir.

  • İnternet və mobil telefondan danışıq qiymətləri yenidən endiriləcəkmi?

    Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir və ölkədə internetin və mobil telefondan danışıq tariflərinin endirilməsi üzrə daim işlər davam etdirilir.